STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 028 (The very first Easter)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

28. Ən birinci Dirilmə bayramı


Sən bu səhər nə vaxt durdun?

Məryəmlə rəfiqələri o gün sübh tezdən durdular. Ürəkləri kədərlə dolu idi. Kaş ki, İsa sağ olaydı! Bir neçə gün öncə İsa çarmıxda ölmüşdü. Qadınlar bunu düşünəndə özlərini ağlamaqdan saxlaya bilmirdilər.

Dan yeri ağaranda İsanın qəbrini görməyə gəldilər.

Rəfiqə: “Məryəm, bura bax! Daş yuvarlanıb! Bıy, mələkdir bu!”

Mələk: “Qorxmayın! İsanı axtardığınızı bilirəm. O burada yoxdur. O dirilmişdir!”

Ürəklərində ümid doğdu! Əlbəttə! Axı İsa onlara demişdi ki, O öləcək və üç gün sonra diriləcək. Onlar bunu necə unutmuşdular?!

Mələk: “Gəlin, Onun yatdığı yeri görün.”

Qadınlar qəbrin içinə baxdılar və... boş olduğunu gördülər!

Mələk: “Gedin, şagirdlərə xəbər verin!”

Qadınlar böyük sevinc və heyrətlə qəbirdən ayrıldılar. İsa yaşayır!

Yolda İsa onları qarşıladı. Onlar İsanı gördülər. İsaya toxundular. İsa onlarla danışdı.

İsa: “Qorxmayın! Gedin, başqalarına xəbər verin!”

Onlar da gedib şagirdlərə xəbər verdilər.

Məryəm: “İsa yaşayır!”

Rəfiqə: “O dirilmişdir!”

Məryəm və rəfiqəsi: “Qəbri boşdur!”

(fonda bir melodiya çalsın və bu ayə oxunsun)

İsa İncildə sənə belə deyir: “Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar... Buna inanırsanmı?” (Yəhya Müjdəsi 11:25-26)

Uşaqlar, sizinlə sağollaşmamışdan, məsihçilərin Pasxa bayramında bir-birini salamladıqları sözləri demək istəyirəm:

“İsa dirildi! Həqiqətən dirildi!”


Rollar: Aparıcı, Məryəm, Məryəmin rəfiqəsi, mələk, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:34 AM | powered by PmWiki (pmwiki-2.2.109)