STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 027 (Jesus dies on the cross)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

27. İsa çarmıxda ölür


Uşaq: “Məncə, Yəhudanın İsaya qarşı xəyanəti dəhşətli hadisə idi.”

Uşaq: “Bəs niyə İsa heç mübarizə aparmadan təslim oldu? Axı O Özünü xilas edə bilərdi.”

Düzdür, xilas edə bilərdi, lakin xilas etmədi, çünki hər şey elə bu cür olmalı idi.

Uşaq: “Mən başa düşə bilmirəm.”

Allahın Oğlu bu dünyaya günahlarımız üçün ölmək məqdəsilə gəldi. Hər insan itaətsizlik və günah üzündən Allahdan uzaqdır. Günahın əvəzi isə ölümdür. İsa günahın cəzasını Öz üzərinə götürmək və bu yolla bizi Allaha yaxınlaşdırmaq, bizə təkrar Allahın dostu olmağa imkan vermək istəmişdir.

Uşaq: “Hə, indi başa düşdüm.”

Son qərarı hakim verməli idi. Yəhudi xalqı Musanın rəhbərliyi altında Misir əsarətindən azad olduqlarını qeyd etdiyi bu bayramda hakimin bir məhbusu azad buraxmaq adəti var idi.

Pilat: “Bu il hansı məhbusu azad edim? İsanı, yoxsa Barabbanı?”

Pilatın özünə qalsaydı, o İsanı buraxardı. Çünki Barabba qatil idi. Hakim bir daha xalqa üz tutub soruşdu:

Pilat: “Siz nə istəyirsiniz, Barabbanımı azad edim, yoxsa İsanı?”

Xalq: “Barabbanı istəyirik! Barabbanı!”

Pilat: “Bəs İsanı nə edim?”

Xalq: “Çarmıxa çək! Çarmıxa çək!”

Axırda xalqın istədiyi oldu. Allahın Oğlu qanayan kürəyində ağır çarmıxı daşıdı, Qolqofa adlanan təpəyə qədər getdi və orada bizim uğrumuzda canını qurban verdi. O bizim layiq olduğumuz ölüm cəzasını könüllü olaraq Öz üzərinə götürdü. İsa altı saat çarmıxda qaldı və ölməzdən əvvəl dünyada ən önəmli sözləri söylədi:

İsa: “Tamam oldu!”

Gözlərini yumdu və bütün dünyanın günahları üçün öldü.

İsaya iman edən hər kəs Allahla şərikliyə və əbədi həyata nail olur.

Siz buna inanırsınızmı, uşaqlar?

Allahın Oğlu öləndə gündüz vaxtı idi – göy üzü qaraldı və güclü bir zəlzələ baş verdi. Bu, İsanın yanında duran romalı bir komandirə çox dərin təsir göstərdi:

Komandir: “Doğrudan da, bu Adam Allahın Oğludur!”

Axşam üstü İsanı qaya içindəki bir qəbrə qoydular, lakin İsa qəbirdə qalmadı. Ən yaxşı şeylər sonra oldu!

Bunları mən sizə gələn verilişdə danışacağam.


Rollar: Aparıcı, iki uşaq, Pilat, xalq, İsa, komandir

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:32 AM | powered by PmWiki (pmwiki-2.3.3)