STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 012 (Joy that never leaves us)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

12. Əsla tükənməyən sevinc


Gecə göy üzü ulduzlarla dolu idi. Şəhərdə qaranlıq idi. Çöldə çobanlar qoyunlarına baxırdılar. Onların işi çətin idi. Lakin hüquqları yox idi. Hamı onlara oğrulara xor baxdığı kimi xor baxırdı.

Onlar üçün bir köməkçi, bir xilaskar yox idimi? Onların cəmiyyətin alt təbəqəsi olmaları ilə barışmaqdan başqa çarələri yox idimi?

Yorğun halda ağaca söykənmiş çobanlar birdən oyandılar. Gecə yarısı qaranlıqda bir işıq parladı. Bu gözqamaşdırıcı işıq çobanları bürüdü. Onlar əlləri ilə üzlərini qapayıb bərk qorxuya düşdülər.

Allahın elçisi mələk göydən enib onlara yaxınlaşdı. Çobanlar qorxa-qorxa Allahın gözlə görülməz aləmindən gələn elçisini seyr edirdilər.

Mələk: “Qorxmayın! Mən sizə hər kəsi çox sevindirəcək bir Müjdə gətirmişəm. Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu; Bu, Rəbb Məsihdir. Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız.”

Çobanlar heyrət içində diqqətlə dinləyirdilər. Xilaskar! Ürəklərinə hədsiz sevinc doğdu. Allah onları unutmayıbmış!

Ondan sonra göy üzündə çoxsaylı mələklər ordusu göründü – onlar Xilaskarın doğulması möcüzəsinə görə Allaha həmd edirdilər.

Çobanlar tövləyə getdilər və Məryəmlə Yusifi və Körpə İsanı tapdılar. Xilaskar İsanı görmələrinə çox şad oldular, onların sevinci yerə-göyə sığmırdı.

Mən sizə həqiqəti deyirəm, uşaqlar, Xilaskar sizin üçün də doğulmuşdur. Rəbb İsadan xahiş edin, həyatınıza daxil olsun; onda siz əsla tükənməyən sevinci əldə edəcəksiniz.


Rollar: Aparıcı, mələk

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:18 AM | powered by PmWiki (pmwiki-2.3.3)