STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 001 (Jesus loves children)

Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

1. İsa uşaqları sevir


“Tacınızın daş-qaşına baxmaq istəyərdik. Olarmı?” – deyə qonaqları isveçli şahzadə qızdan xahiş etdilər.

Şahzadə qız “Əlbəttə” cavab verib zaldan çıxdı və bir dəqiqə sonra iki uşaqla qayıtdı. Uşaqları qucağına aldı, qonaqların üzünə baxıb gülümsəyərək “Bu balacalar mənim qiymətli daşlarımdır” dedi.

Şahzadənin brilyant qaşlar, qiymətli daşlar gətirəcəyini gözləyən qonaqlar buna heyrət etdilər. Uşaqların şahzadə üçün bütün cavahiratından daha qiymətli olduğunu anladılar.

Doğrudur ki, hər kəs uşaqları sevmir.

Lakin mən uşaqları sevən Birini tanıyıram: O, Rəbb İsadır.

İncildə belə əhvalat var: valideynlər öz uşaqlarını İsanın yanına gətirirlər. İstəyirlər ki, İsa bu uşaqlara xeyir-dua versin və uşaqlar Onu tanısınlar. Ancaq uşaqlar İsaya yaxınlaşarkən şagirdlərinin narazı səslərini eşidirlər.

Şagird: “Ey, siz hara gəlirsiz? Çəkilin buradan! Gedin buradan!”

Uşaqlar qorxa-qorxa ayaq saxladılar. Bir söz söyləməyə cürət etmədilər. Axı onlarla bu cür sərt rəftar edən, İsanın şagirdləri idi!

Əhvalatın bununla qurtarmamasına çox şadam. İsa uşaqları sevdiyi üçün o saat bu işə qarışdı.

İsa: “Buraxın, bu balacalar yanıma gəlsinlər! Onları qovmayın! Səmavi Padşahlıq onlarındır!”

İsa uşaqları sevir. İsa uşaqları Ona iman etməyə, Onu tanımağa dəvət edir. Uşaqlar da Onun yanına gəlirlər …

… səninlə bir yaşda olan oğlanlar və qızlar

… yaxşılar və pislər

… böyüklər və balacalar

… sakit və dəcəl olanlar

… ağıllılar və zəkalı olmayanlar

… cürbəcür dəri rəngləri olan oğlanlar və qızlar

Uşaqlar İsanın onlarla mehriban rəftar etdiyi, onlara xeyir-dua verdiyi o günü heç vaxt unutmadılar.

İsa uşaqları sevir!

Buna sevinən uşaqlar başqalarına da İsadan danışdılar.

Sən də həmişə onu yadda saxla ki, İsa səni də sevir!

İsa İncil Kitabında deyir: “Mən yanıma gələni heç vaxt kənara atmaram.”


Rollar: Aparıcı, İsa, şagird

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 01, 2017, at 02:59 PM | powered by PmWiki (pmwiki-2.3.3)