STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 164 (The lost sheep 2) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
164. İtmiş qoyun 2Rut qəzəblə qaçırdı. Marqarit xalanın sözləri onu təqib edirdi: "Səni uşaq evinə göndərəcəyəm." Günəş batanda o evdən xeyli uzaqlaşmışdı. Gecəni harada keçirəcəyini düşünməyə başladı. Bir qəbiristanlığın arxasında kilsə gördü. Bəlkə bu kilsədə? Qız qəbirlərin arasından keçdi və kiçik bir xaçın yanında dayandı. Rut: "’Coanna Kollins, 9 yaşında İsanın yanına getdi‘." Görəsən, mən də bu gün ölsəydim İsanın yanına gedərdimmi?" Rut dərin fikrə dalıb kilsəyə girdi (qapı cırıldayır). Skamyaya uzanıb yatdı. Ertəsi gün səhər tezdən pastor kilsəyə gəlib Rutu tapdı. Qız hələ yuxuda idi. Pastor: "Sabahın xeyir, qızım. Sən buraya necə gəlmisən?" Rut pastora güvəndi və evdən qaçdığını danışdı. Bir azdan qız artıq pastorun evində dadlı səhər yeməyini böyük iştahla yeyirdi. Mister Robinger isə telefonda onun xalası ilə danışırdı. Rut otağın hər tərəfinə göz gəzdirdi və divardan asılmış bir rəsm gördü. Pastor: "Rəsm xoşuna gəldimi? Bu, Yaxşı Çobanımız İsanın rəsmidir. Yaxşı Çoban itmiş quzuya əlini uzadır, onu xilas etməyə çalışır. Bu quzu mənə bir az səni xatırladır." Rut: "Görəsən, İsa məni də tapacaq? Mən də Coanna Kollins kimi cənnətə gedəcəyəmmi?" Pastor: "Bəli. Sadəcə olaraq İsaya məxsus olmaq istədiyini Ona deməlisən. Mən sənə bu rəsmi bağışlayıram. İndi isə get evə. Xalan sənə görə çox narahatdır." Evə qayıdarkən Rut rəsmi cibindən çıxardı, ona baxıb dua etdi. Rut: "Ya Rəbb İsa, bu itaətsiz quzu mənəm. Nə olar, bütün günahlarımı bağışla. Mən sənin olmaq istəyirəm və bir gün cənnətə, Sənin yanına getmək istəyirəm. Amin." İsa belə dualara dərhal cavab verir. Rut İsaya təşəkkür etdi və böyük sevinc hiss etdi. Marqarit xala onu qapıda gözləyirdi. Onlar qucaqlaşdılar. Rut: "Marqarit xala, səndən hər şeyə görə üzr istəyirəm. Nə olar, məni uşaq evinə göndərmə. Bundan sonra yaxşı uşaq olacağam." Marqarit xala: "Səni sevirəm, balam. Sənə bir daha şans verirəm." Rut həqiqətən çox çalışdı. Müqəddəs Kitabı oxuyanda və ümumiyyətlə həmişə ürəyində Yaxşı Çobanın səsinə qulaq asmağa çalışdı, içində tez-tez alovlanmaq istəyən qürurlu mənliyinə uymadı. Rut həqiqətən dəyişdi. Bir müddət hər şey yaxşı davam edirdi, lakin bir gün. O gün nə olacağını mən sizə növbəti verilişdə danışacağam. Növbəti verilişi buraxmayın, bu həyəcanlı hekayənin ardına mütləq qulaq asın! Rollar: Aparıcı, Rut, pastor, Marqarit xala © Müəlliflik hüququ: CEF Germany |