Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 103 (The voice of the unseen 3)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

103. Gözlə Görünməyənin səsi 3


Əsrarəngiz yanan kol (yanan kol çırtıldayır). Onu od-alov bürüsə də, o, yanıb-qurtarmırdı.

Musa yavaş-yavaş yana kola yaxınlaşdı. Nəyin bahasına olursa-olsun bu sirri öyrənmək istəyirdi.

Musa: "Qəribədir. Necə ola bilər ki, kol yanıb-qurtarmır?"

Allah: "Musa! Musa!"

Kimsə onun adını çağırdı. Lakin ətrafda heç kim gözə görünmürdü.

Allah: "Musa!"

Musa: "Bəli. Mən buradayam."

Allah: "Yaxın gəl! Ayaqqabını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır. Mən, sənin ata-babalarının iman etdikləri Allaham."

Musa heyrətə gəldi. Allah orada – yanıb qurtarmayan kolun içində imiş! Musa artıq ona baxmağa cürət etmirdi. Libası ilə üzünü örtdü. O, Allahın səsini aydın eşidirdi.

Allah: "Fironun Mənim xalqıma çəkdirdiyi əziyyəti gördüm, fəryadlarını eşitdim. İndi Mən onları azad edib çox yaxşı bir ölkəyə aparacağam. Sən də Mənə lazım olacaqsan, Musa. Sən fironun hüzuruna gedəcəksən və xalqımı köləlikdən azad edəcəksən."

Musa: "Mən? Niyə mən? Axı mən bunu bacarmaram!"

Musanın çoxlu bəhanələri var idi. O inana bilmirdi ki, Allah üçün faydalı bir iş görə bilər. Lakin Allah çox ciddi idi.

Musa milyonlarla insanı köləlikdən azad edəcək idi.

Uşaqlar, bizi də azad edən bir Xilaskarımız var. Bunu bilirdinizmi?

Əlbəttə, biz Misirdəki israillilər kimi kölə deyilik. Amma bizi həmişə sınağa çəkən, günaha batırmaq istəyən başqa bir şəxs var – iblis. O, insanı kölələşdirir, azad olmasını istəmir. Ancaq İsa bizim güclü Xilaskarımızdır. O, iblisi məğlub etmişdir.

İsaya iman etsək, bu imanımız bizi azad edə bilər. Mən hər birinizə bu azadlığı arzulayıram.

Allah bizi azad etmək istəyir. Buna görə O Musanı Misirə göndərdiyi kimi, bizə İsanı göndərmişdir.

Allah Musaya bu iş üçün qüvvət verdi, möcüzə yaratma gücünü bəxş etdi. Lakin Allahın Musaya verdiyi ən qiymətli hədiyyə Onun vədi idi.

Allah dedi: "Qorxma, Musa. Mən səninlə gedəcəyəm, sənə kömək edəcəyəm. Qardaşın da səninlə gedəcək. O sənin yanına gəlir, artıq yoldadır. Dur və yola çıxmağa hazırlaş!"

Allah Musa ilə getdi və bu, Musa üçün kifayət idi.

Görəsən, Musa israilliləri azad edə biləcəkmi? Onları Misirdən çıxarmağa müvəffəq olacaqmı?


Rollar: Aparıcı, Musa, Allah

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:27 AM | powered by PmWiki (pmwiki-2.3.3)