STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 151 (Donkey heads are expensive 1)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

151. Eşşək kəlləsi baha olanda 1


Samariyanı təsəvvürünüzə gətirin. Samariya bir təpə üzərində qurulmuş və yaxşı möhkəmləndirilmiş bir şəhər idi. İsrail iki padşahlığa bölündüyü vaxt Samariya Şimali Padşahlığın paytaxtı olmuşdu.

Düşmənlər bu şəhərə göz dikmişdilər.

Suriyalılar onu fəth etmək istəmişdilər. Ancaq buna silah gücü ilə yox, mühasirə ilə nail olmaq niyyətində idilər. Şəhərin ətrafında düşərgə salmış, şəhər qapılarına nəzarət edirdilər.

O vaxtdan bəri şəhərin sakinləri yalnız pis xəbər eşidirdilər. Ərzaq az idi. Hər şey satılmışdı! Eşşək kəlləsi kimi şeylər belə, çox pula satılırdı. Uşaqlar küçələrdə acından ağlayır, yemək axtarırdılar.

Xalq artıq dözə bilmirdi. Padşah da əziyyət çəkirdi və əziyyət çəkməsində Elişanı təqsirkar bilirdi. Odur ki, padşah Allahın bu elçisini öldürməyə qərar verdi. O, məmuru ilə saraydan çıxdı.

Elişa onların gəldiklərini gördü.

Elişa: "Ey padşah, Allahın sözünü dinlə! Allah söz verir ki, sabah yemək üçün ərzaq olacaq, özü də çox ucuz qiymətə satılacaq!"

Bu sözlər məmurun mənliyinə toxundu.

Məmur: "Ola bilməz! Məgər sən inanırsan ki, Allah göyün pəncərəsini açıb üstümüzə ərzaq tökəcək?"

Elişa: "Bunu öz gözlərinlə görəcəksən, amma belə danışdığına görə özün bundan yeyə bilməyəcəksən."

Bu, Allahdan gələn şad xəbər idi, ancaq bu şad xəbərə heç kəs inanmadı.

Şəhərdə vəziyyət son dərəcə pis idi. Ancaq şəhərin qapısında oturan dörd adamın vəziyyəti hamınınkından betər idi. Onların əynində köhnə cırıq paltarlar var idi. Onlar ac olmaqdan əlavə həm də cüzamlı idilər. Cüzam dəhşətli bir dəri xəstəliyidir və cüzamlılara heç kəs yaxın durmurdu.

Hamı düşünürdü ki, bu adamların çox ömrü qalmayıb.

Cüzamlılar ümidsiz halda göyə baxırdılar. Birdən onlardan biri dilləndi.

Cüzamlı adam: "Hər yerdə ölüm hökm sürür. Biz burada qalsaq, öləcəyik. Şəhərə getsək də öləcəyik. Düşmənlərimizin yanına getsək … bəlkə bizi öldürmədilər. Öldürsələr belə, fərqi nədir ki? Onsuz da ölməyə məhkumuq."

Cüzamlı adamların ürəyində bir ümid işığı yandı.

Günəş batdığı zaman onlar düşmənin düşərgəsinə girdilər.

Özlərini çox gərgin hiss etdilər!

Birinci çadıra yaxınlaşdılar.

Ehtiyatlı olun! Sakit olun!

Ardını sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, Elişa, cüzamlı adam, məmur

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:52 AM | powered by PmWiki (pmwiki-2.2.109)