STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 152 (Pass it on 2)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

152. Bu xəbəri yayın 2


Xəstəlik və aclıqdan halsızlaşmış cüzamlılar düşmənin düşərgəsinə daxil olduqları zaman, orada gözlədiklərindən çox fərqli bir şey gördülər.

1-ci cüzamlı: "Gözlərimə inana bilmirəm! Ola bilməz!"

2-ci cüzamlı: "Doğrudan bu, həqiqətdir! Düşərgə boşdur! Düşmənlər çıxıb gediblər!"

1-ci cüzamlı: "Görəsən, bu, bir tələ olmazmı?"

Xeyr, bu, tələ deyil idi. Samariya şəhərini çoxdan mühasirəyə almış, şəhərin sakinlərini aclıqla öldürməyə səy göstərmiş suriyalılardan əsər-əlamət qalmamışdı.

Onları kim qovmuşdu?

Müqəddəs Kitab bizə bu sirri açır: Var olan Allah elə etmişdi ki, onlar böyük ordunun səsini eşitmişdilər. İsrailin başqa xalqların orduları ilə əlbir olduğunu zənn edən düşmən qorxudan hər şeyi atıb qaçmışdı.

Allah bu möcüzəni günbatanda, tam dörd cüzamlı düşmənə təslim olmağa gedəndə etmişdir.

Onlar ölümü gözləyərkən həyatı əldə etdilər.

1-ci cüzamlı: "Nə qədər ərzaq var! İnana bilmirəm."

2-ci cüzamlı: "Var-dövlətə bax! Bahalı paltar, qızıl, gümüş."

Onlar yeyib içdilər. Yuxuda imiş kimi düşərgəni gəzdilər.

1-ci cüzamlı: "Biz, əslində, düz eləmirik. Ancaq özümüzü düşünməkdə haqlı deyilik. Bu şad xəbəri şəhərdəkilərə deməliyik, yoxsa onlar acından ölərlər və biz onların ölümündə təqsirkar olarıq."

Padşah öncə düşündü ki, bu, düşmənin tələsidir. Lakin sakinlərin şəhərdən çıxıb düşərgəni qarət etdiklərini gördükdə bunun həqiqət olduğunu anladı.

Allahın sözünə istehza etmiş məmur şəhər qapısında yerə yıxılıb izdiham tərəfindən əzilərək can verdi.

Hər şey Allahın söylədiyi kimi oldu.

Cüzamlı adamlar şad xəbəri yaydılar. Bu xəbərə inanan sağ qaldı. Nə yaxşı ki, o adamlar susmadılar.

İsanın bu sözləri yadıma düşür: Mən yaşayıram, siz də yaşayacaqsınız.

İsa hər kəsin yaşamasını istəyir. Sadəcə sağ qalmasını deyil, əbədi yaşamasını istəyir.

Çoxları bundan xəbərsizdirlər. Buna görə də mən İsa haqqındakı şad xəbəri yaymaq istəyirəm. Bəs siz necə?


Rollar: Aparıcı, 1-ci cüzamlı, 2-ci cüzamlı

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:54 AM | powered by PmWiki (pmwiki-2.2.109)