STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 150 (Very brave 2)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

150. Cəsur qız 2


İnam çox cəsur davrandı. Cindarın hazırladığı “dərman”ı içmək istəmədi və gizlicə pəncərədən tökdü.

İnam: "Mən Sənə güvənirəm, Rəbb İsa, şəfanı da Səndən istəyirəm."

Doğrudan da indoneziyalı imanlı qızın halı tezliklə yaxşılaşdı.

İnam sağalan kimi hər şeydən əvvəl ibadət etmək üçün cəngəllikdəki kiçik kilsəyə getdi.

(musiqi səsi)

Qız sevinə-sevinə başqa imanlılarla birlikdə ilahilərlə İsanı izzətləndirdi.

Sonra İsanın onun duasını eşitdiyini və ona şəfa verdiyini danışdı.

Qadın: "Bəs anan nə düşünür? Ananın fikrincə, səni kim sağaldıb?"

İnam: "O elə bilir ki, mənə “dərman” verən cindar məni sağaldıb."

Qadın: "Bəs sən ona həqiqəti deməyəcəksən?"

İnam evə qayıdarkən yolda bu sual üzərində düşünürdü. O, İsaya iman etdiyinə görə tez-tez döyülürdü.

Ertəsi gün qız mətbəxə girdi. Anası göyərti doğrayırdı.

İnam: "Ay ana, sən, yəqin, elə bilirsən ki, məni cindarın verdiyi o "dərman" sağaldıb. Əslində o məni sağaltmayıb. Mən onu heç içməmişdim, pəncərədən tökmüşdüm. Məni İsa sağaldıb."

Ana: "Doğrudan? Demək, sən bizə kələk gəlmisən!"

Ananın səsində qəzəb hiss olunmurdu. Əksinə, İnamın valideynləri, çoxdandır, döyülməyinə baxmayaraq İsadan əl çəkmədiyinə görə cəsur qızıyla fəxr edir, ona heyran olurdular.

Qızın anası başını qaldırıb günəşə baxdı.

Ana: "Ay İnam, kilsəyə getmək vaxtıdır."

İnam anasını qucaqladı.

O gün qız ilk dəfə valideynlərinin icazəsiylə ibadətə getdi. Bir müddət sonra ata-anası da onunla birlikdə kilsəyə getdilər. İnam atası və anası ilə birlikdə kilsədə oturub İsanın hekayələrinə qulaq asmaqdan həzz aldı.

İnamın valideynləri kiçik kilsədə eşitdikləri sözlər haqqında çox düşündülər, öz dini ilə müqayisə etdilər. Onların qızının döyülməyinə baxmayaraq sadiq qaldığı, inanılmaz güc və cəsarət tapdığı İsanın yolunu dərindən araşdırdılar və bir gün İsanın ardınca getməyi qərara aldılar.

İnamın İsanın yolunda sürdüyü həyata baxanda ata-anası inandı ki, İsa həqiqətən yaşayır. Qız tez-tez döyülməyinə baxmayaraq İsaya sadiq qaldı və İsanı get-gedə daha çox sevdi.


Rollar: Aparıcı, qadın, İnam, ana

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:51 AM | powered by PmWiki (pmwiki-2.2.109)