Home -- Azeri -- Perform a PLAY -- 078 (Lou Ling makes a decision)
78. Lu Linq qərara gəlir
Lu Linq böyük problemlə üzləşmişdi. O, evlərinin giriş qapısı üstündəki taxta bütü düşünürdü. Lu Linq Çində yaşayan bir qız idi. Valideynləri bu taxta parçasını Allah sayırdılar.
Ola bilməz, belə bir iş əsla ola bilməz! Yaşayan Allah göylərdədir, qapının üstündəki fiqur isə cansız bütdən başqa bir şey deyildir. Əlləri ola-ola heç kimə kömək edə bilməz. Ağzı ola-ola danışa bilməz. Qulaqları ola-ola eşidə bilməz.
İnsanlar bu bütə sitayiş edirdilər, lakin yaşayan Allahın bunu qadağan etdiyindən xəbərləri yox idi. Allah dedi: “Rəbb Allahın Mənəm. Məndən başqa heç bir allaha səcdə etməməlisən!
Lu Linq bunu düşünürdü.
Lu Linq: "Qapımızın üstündəki rəfdə oturan həqiqətən Allahdırmı?"
Qız məsihçi məktəbinə gedirdi və orada Allah haqqında çox eşitmişdi. O orada öyrənmişdi ki, Allah hər kəsin günahlarının cəzasını çəkərək ölsün deyə Öz Oğlunu dünyaya göndərdi. Allahın Oğlunun öləndən üç gün sonra dirildiyini və indi cənnətdə yaşadığını eşitmək onun üçün çox xoş oldu.
Amma ata-anası ona rəfdəki taxta bütün Allah olduğunu söyləyirdilər. Bəs kimdir əsl Allah? İsa, yoxsa rəfdəki fiqur?
Lu Linq: "Bildim, nə edəcəyəm: həyətdə yer qazıb taxta bütümüzü basdıracağam. Əgər o canlansa, onun Allah olduğunu biləcəyəm."
Lu Linq əlinə bir kürək aldı, həyətə düşdü və bütü basdırdı. Öz fikrinə sevinərək evə qayıtdı. Bir gün keçdi. İkinci gündə qız balaca qəbrinə gedib üstündəki torpağı azca qazdı. Cansız fiqur hələ orada idi. Üçüncü günü səbirsizliklə gözlədi. Lakin üçüncü gün heç nə dəyişmədi, cansız büt əvvəlki kimi torpaqda cansız yatırdı.
Lu Linq: "Mən artıq Rəbb İsaya iman edirəm! O mənim üçün öldü və dirildi."
Lu Linq doğru qərarı verdi və ondan sonra dəfələrlə gördü ki, yaşayan Allah onunladır və heç vaxt onu tərk etməz.
Allah Kəlamında belə deyir:
"Rəbb Allahın Mənəm. Məndən başqa allahların olmasın. Heç bir şey sənin üçün Məndən önməli olmamalıdır."
Rollar: Aparıcı, Lu Linq
© Müəlliflik hüququ: CEF Germany