STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 068 (The showdown 1)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

68. Kim güclüdür 1


İki eskimos kişi kirşədə oturmuşdu. İkisi də isti qeyinmişdi. Kirşəni çəkən itləri qamçılaya-qamçılaya buzun üstü ilə gedirdilər. Onlardan biri, Kolli birdən bir səs eşitdi. Cadugər Kuppa da buzdan keçən bu zınqıltı səsini eşitdi.

O, fit çaldı və itlər saxladılar. Eskimoslar xəz papaqlarını çıxartdılar. Artıq şübhə yox idi – buz qorxunc mahnısını oxuyurdu. Kişilər qorxuya düşdülər. Axı buzun mahnısı buzaltı dalğaların – qəfildən böyük qüvvətlə buzları altdan parçalayan güclü dalğaların gəlməyinə işarə edirdi.

(Qamçı səsi)

Kolli: "Tez olun, ey sadiq itlər! Tez bizi sahilə çıxarın! Yoxsa güclü dalğalar bizi haqlayacaq və biz öləcəyik!"

Kuppa: "Kolli, orada kirşəni görürsən?"

Kolli: "Onlar dəlidirlər? Düz dalğalara tərəf sürürlər."

Kuppa: "Onlara xəbərdarlıq etməliyik."

Onlar kirşəyə yanaşdılar və Kuppa onun içində oturanları gördü. Onlar bir eskimos şəhərində yaşayan xarici müjdəçilər idi. Kuppa onlara xəbərdarlıq etmək istəmədi, çünki onlara da, hamıya danışdıqları İsaya da nifrət edirdi.

Kuppa ilə Kolli Kanadanın Nain sahilinə sağ-salamat gəlib çıxdılar.

Kuppa: "Hər şey yaxşıdır."

Kolli: "Bəs o biri kirşədəkilər necə?"

Kuppa: "Onlar ölməlidirlər. Onların iman etdikləri İsa güclü dalğalardan qüdrətlidirsə, qoy bizə qüdrətini göstərsin! Xa-xa-xa!"

Onlar tez-tələsik qardan bir ev tikdilər. Eskimoslar belə evə iqlo deyirlər. Kuppa suiti dərisindən bir kürk götürüb kiçik dükana yollandı. Dükandakı ağ dərili qadın müjdəçinin arvadı idi.

Kuppa: "Bu kürkü bax o tüfəngə dəyişmək istəyirəm."

Qadın: "Bizə daha çox kürk lazım olacaqmı, bilmirəm. Sən bir az gözlə, ərim qayıtsın, o bilər."

Kuppa: "Ərin qayıtmaz."

Qadın: "Sən nə demək istəyirsən?"

Kuppa: "Çox güclü dalğalar yaxınlaşır."

Qadın: "Nə??? GÜCLÜ dalğalar?"

Qadın cadugərə dəhşətlə baxırdı. Kuppa pəncərəni açdı və onlar ikisi də buzun qorxunc mahnısını eşitdilər.

Qadın: "Kuppa, sən niyə ona xəbərdarlıq etmədin?"

Kuppa: "Bəs niyə etməliyəm? Axı İsa ona kömək edə bilər. Gücü çatırsa, qoy etsin!"

Qadın az qala ağlını itirəcəkdi. Birdən divardan asılmış İsanın sözlərini gördü: “Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir.”

Qadın: "İsanın gücü çatır! İsa heç vaxt heç bir mübarizədə məğlub olmamışdır!"

Kuppa: "Yaxşı. Mübarizə başlayıb. Əgər onlar güclü dalğalara baxmayaraq geri qayıtsalar, mən də İsaya iman edəcəyəm."

Qadın: "Onlar mütləq qayıdacaqlar, Kuppa. Mən bilirəm ki, qayıdacaqlar!"

Qadının əminliyi cadugəri şübhələndirdi. Mübarizəni kim udacaq? Kuppa yoxsa İsa? Bunu növbəti verilişdə öyrənəcəksiniz.


Rollar: Aparıcı, Kuppa, Kolli, qadın

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:22 PM | powered by PmWiki (pmwiki-2.2.109)