STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 069 (The showdown 2)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

69. Kim güclüdür 2


Şorba hazır idi, amma onu heç kəs yemirdi. Süfrədə iki nəfərin yerləri boş idi. Görəsən, bu yerlər həmişə boş qalacaq?

Müjdəçi kişi: "Mən heç nə başa düşə bilmirəm. Biz otuz ildir eskimoslarla yaşayırıq, onlara İsa haqqında danışırıq, onlar isə imana gəlmək istəmirlər. Ürəkləri buz kimi soyuqdur."

Müjdəçi qadın: "İndi də bu hadisə baş verdi. İki müjdəçimizlə üç eskimos güclü dalğaların gəlişindən xəbərsiz buzun üstü ilə gedirlər. Onlar öləcəklər və qəddar cadugər bizə güləcək."

Müjdəçi: "Biz təslim olmayacağıq. Dua edəcəyik. İsa istəsə, onları xilas edə bilər. Göydə və yer üzündə bütün səlahiyyət İsaya verilmişdir."

Onlar dua edərkən okean coşurdu. Güclü dalğalar okean suyunu bağlamış buzu sındırdı. Kirşədə oturan beş eskimos haray qopardı.

Mouzes: "Buz qırılır! Biz öləcəyik!"

Eskimos: "İtlərimizə imkan verək, yol tapsınlar."

Mouzes: "İrəli! Təhlükəsiz sahilə doğru!"

İtlər dəli kimi qaçdı. Çatlamış buzun altından havaya su axını qalxdı. Yekə buz parçaları onların yolunu kəsdi. Onlar qayalara çatanda az qalmış huşunu itirmişdi. Kirşə göylə su arasında asılı qalmışdır. İtlər daha qaça bilmirdi. Mouzes başını çevirib arxaya baxdı. Yekə bir buz parçasının onların üstünə gəldiyini görəndə ürəyi ağzına gəldi. O anladı ki, indi buz parçası onları əzəcək. Mouzes İsaya fəryad etdi.

Mouzes: "Ya Rəbb İsa, bizə kömək ol!"

Buz parçası gurultu ilə qayaya çarpdı və qaldırıcı qurğu kimi onları havaya qaldırıb sahilə atdı.

Mouzes və eskimos: "Xilas olduq! Biz xilas olduq!"

Ondan sonra yenə bir dalğa gəldi və onları daha da yuxarıya qaldırdı. Onlar islanmış halda yuxarı dırmaşıb təhlükəsiz yerə çıxdılar. Doqquz gün böyük təhlükəyə məruz qaldıqdan sonra müjdəçilər təzədən bərkimiş buzun üstü ilə evə qayıda bildilər. Allah onları qorumuşdu. Kolli qayıdan müjdəçiləri uzaqdan gördü.

Kolli: "Ay Kuppa, oraya bax! Gəlirlər!"

Kuppa: "Kimlər gəlirlər?"

Kolli: "Müjdəçilər. İsa mübarizəni udub!"

Kuppa: "Ola bilməz! Heç kəs güclü dalğalardan doqquz gün sonra geri qayıda bilməz!"

Cadugər onlara xəbərdarlıq etmədən dənizə getmələrinə yol vermişdi. Və budur, onlar son dərəcə yorğun olsalar belə, sağ-salamat evə qayıtdılar. Bu, Allahın bir möcüzəsi idi.

Kuppa bu möcüzəni anladı və İsaya iman gətirdi. O gün eskimoslar arasında böyük sevinc var idi və çoxlu eskimoslar İsaya iman gətirdilər.


Rollar: Aparıcı, müjdəçi kişi, müjdəçi qadın, Mouzes, eskimos, Kuppa, Kolli

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:02 AM | powered by PmWiki (pmwiki-2.2.109)