STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 057 (Taken hostage in Egypt 5)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

57. Misirdə girov saxlanan adam 5


(at dırnaqlarının tappıltısı)

Yusif padşahın arabalarının birinə minib Misiri dolaşırdı. Hamı onu alqışlarla salamlayırdı. Firon onu öz köməkçisi adlandırmışdı. O Yusifə xüsusi üzüyü ilə səlahiyyətini verdi. Yusif bərəkətli zəmilərdən, palma plantasiyalarından keçirdi.

Hər şey Allahın dediyi kimi oldu: bol məhsul yetişdi.

(Fonda çəkic səsləri və tikinti taqqıltısı eşidilir)

Yusif taxıl tədarükü üçün çoxlu anbarlar tikdirdi. Bol miqdarda taxıl tədarük edildi. Yusifin planları həqiqətən çox müdrik idi. Çünki Yusifin dediyi kimi, yeddi il bolluqdan sonra yeddi il aclıq başladı. Xalq acından ölməmək üçün firondan kömək istəməyə gəldi.

Xalq: "Biz acından ölürük! Uşaqlarımıza yeməyə bir şey ver!"

Firon: "Buna Yusif cavabdehdir. O sizə kömək edəcək. Onun sözünə baxın."

Yusifin yanına hər yerdən, başqa ölkələrdən belə, insanlar gəlirdilər. Bir gün on nəfər gəlib onun qabağında baş əydi. Yusif dərhal qardaşlarını tanıdı. Ata evində gördüyü yuxular, qardaşların ona qarşı nifrəti, onu qul kimi satmaları yadına düşdü. Qardaşları isə onu tanımadılar.

Yusif onlarla sərt danışdı.

Yusif: "Siz haradan gəlmisiniz?"

Qardaş: "Kənan ölkəsindən gəlmişik, taxıl almaq istəyirik."

Yusif: "Yalan deyirsiniz. Siz casussunuz!"

Qardaş: "Yox, biz həqiqəti danışırıq! Əslində biz on iki qardaşıq. Birimiz evdə qalıb və biri ölüb."

Yusif: "Heç bir sözünüzə inanmıram. Yenə də Allahımı sevdiyimə görə sizə taxıl verəcəyəm. Lakin siz bir daha yanıma gələndə o biri qardaşınızı da gətirəcəksiniz. Bu sözümdən çıxmayasınız deyə, sizdən bir nəfəri burada, yanımda saxlayacağam."

Niyə Yusif bu qədər sərt danışdı? Məgər o, qardaşlarının qisasını almaq istəyirdi? Yox! O, qardaşlarını sınamaq istəyirdi, görmək istəyirdi ki, onlar dəyişiliblər ya yox?

Yusifin danışdıqları dili anladığından xəbərsiz olan qardaşları öz aralarında söhbət edirdilər.

Qardaş: "Doğrudan da, biz Yusifə pislik etdiyimiz üçün başımıza bu bəla gəldi."

Yusif bunu eşidəndə kənara çəkilib ağladı. Lakin özünün kim olduğunu onlara bildirmədi. Qardaşlar kifayət qədər taxıl alıb evə qayıtdılar, Şimon isə Misirdə, Yusifin yanında qaldı.

Ataları Yaqub Misirə səfərləri haqqında öyrənəndə dəhşətə gəldi. Taxıl qurtarandan sonra qardaşlar yenə Misirə getməyə məcbur oldular və bu dəfə Binyamini də özləri ilə apardılar. Onlar ikinci dəfə Misirə yaxınlaşarkən ürəkləri narahat idi.

Bəs sonra nə oldu? Bunu siz növbəti verilişdə öyrənəcəksiniz.


Rollar: Aparıcı, xalq, firon, Yusif, qardaş

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:48 AM | powered by PmWiki (pmwiki-2.2.109)