STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 041 (The Chief and Jesus)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

41. Tayfa başçısı ilə İsa


Müjdəçi böyük əziyyətlə cəngəllikdən keçirdi. Göydə günəş parlayırdı. Nəhayət, müjdəçi hindi qəsəbəsinə çatdı. Tayfa başçısı onu şərəflə qəbul etdi.

Bu tayfaya İsadan danışan ağ adam heç vaxt gəlməmişdi. Təbil səsləri eşidildi. Hindilər yığıncağa gəldilər. Müjdəçi həvəslə danışmağa başladı.

Müjdəçi: “Allah məni sizə göndərdi ki, cənnətə gedən yol barədə sizə danışım.”

Tayfa başçısı bu xoş xəbərə sevindi. Ayağa qalxıb bir yerə gedib gəldi.

Tayfa başçısı: “Başçı öz baltasını Allaha verir.”

Bunu deyib, oturdu və müjdəçinin vəzini dinləməyə davam etdi.

Müjdəçi: “Allah sizi sevir və Ona yaxınlaşmağınızı istəyir. Lakin Allah müqəddəsdir və sizin günahlarınız Ona yaxınlaşmağınıza mane olur. Günahkarlar cənnətə gedə bilməzlər.”

Müjdəçinin həqiqəti danışdığını anlayan hindilər bu sözlərdən çox kədərləndilər. Onlar oğurluq etmiş, yalan danışmış, adam öldürmüşdülər. Bütün bunlara görə xəcalət çəkirdilər.

Müjdəçi: “Kədərlənməyin. Allah sizi sevir. Allah günahlarınızı bağışlamaq istəyir.”

Buna sevinən tayfa başçısı ayağa qalxdı və gözəl rəngarəng xalça gətirdi.

Tayfa başçısı: “Başçı Allahın onu sevdiyinə şaddır! O, xalçasını Allaha verir.”

Müjdəçi: “Allah bütün insanların günahlarının cəzasını ödəmək üçün dünyaya Oğlunu göndərdi.”

Allah bizim üçün nə qədər çox çalışıb! Tayfa başçısı ən qiymətli mülkünü gətirmək qərarına gəldi.

Tayfa başçısı: “Başçı atını Allaha verir. Bundan sonra Allaha verəcək bir şeyim qalmayıb.”

Doğrudanmı, qalmayıb? Müjdəçi vəzini davam etdirdi.

Müjdəçi: “Allahın Oğlu İsa günahlarınız üçün könüllü olaraq çarmıxda öldü. O sizi sevir. Ona iman edin, O da günahlarınızı bağışlayacaq və bir gün siz cənnətə gedəcəksiniz.”

Tayfa başçısının üzü nur saçdı.

Tayfa başçısı: “Aha, tapdım! Allaha nə verəcəyimi bilirəm. Ona ürəyimi verəcəyəm və Onun mənim uğrumda öldüyünə inanacağam!”

O axşam bir çox hindilər başçıları kimi İsaya iman gətirdilər və sevinclə çadırlarına qayıtdılar.

Siz də onların sevincinə şərik olmaq istəyirsinizmi, uşaqlar? İstəyirsinizsə, tayfa başçısından nümunə götürün və Rəbb İsaya iman edin.


Rollar: Aparıcı, müjdəçi, tayfa başçısı

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:13 PM | powered by PmWiki (pmwiki-2.2.109)