STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 042 (TiFam, daughter of the witch doctor 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

42. TiFam, cadugərin qızı 1


Haitinin dağlarında günəş doğdu. TiFam adında bir qız balaca palçıq daxmada valideynləri ilə birlikdə yaşayırdı. Onlar çox kasıb idilər və həmişə pis ruhlardan qorxurdular. Onları sevən və “Qorxma, çünki Mən səninləyəm” deyən Allahdan xəbərsiz yaşayırdılar.

TiFamın atası cadugər idi. Adı Orestil idi. Onlar səhər tezdən dururdu, ana evdə iş görür və tarlada işləyirdi. TiFam da çox vaxt kömək edirdi.

Ana: “TiFam, biz bu gün kartof qazacağıq, sabah bazara aparacağıq. Get, banan yarpaqlarından kəs, gətir. Səbətə qoyacağıq.”

TiFam: “Ana, sən mənə yeni don söz vermişdin. Olarmı, sabah onu alaq?”

Ana: “Baxarıq.”

TiFam yekə bıçaq götürdü və banan plantasiyasına yollandı. Tarlada bir rəfiqəsi ona yaxınlaşdı.

Meri: “TiFam! TiFam!”

TiFam: “Meri, sabah yeni don alacağam, üstündə sözlər yazılan bir don.”

Meri: “Sözlər? Sən heç oxuya bimirsən ki! Mən birinci oxumağı öyrənəcəyəm, ondan sonra nəsə bir şey alacağam.”

TiFam: “Özünü qorumaq üçün atamdan yeni amulet alacaqsanmı?”

Meri: “Yox, mən amuletlərə inanmıram artıq. Biz artıq məsihçiyiq və mən İncil Kitabını alacağam.”

TiFam: “Meri, sən dəlisən! Pis ruhların qəzəbinə gələrsən. Xəstələnərsən.”

Meri: “TiFam, mən qorxmuram artıq. İsa pis ruhlardan güclüdür. İsa, bilirsən, nə dedi? “Qorxma, çünki Mən səninləyəm”. Viktor bizə bu sözləri İncildən oxudu.”

TiFam: “Bu yalandır, yalan!”

TiFam öz amuletini möhkəm tutdu və qaçdı.

TiFam: “Ana, Meri artıq amuletlərə inanmır, çünki ailəsi məsihçi olub.”

Məsihçilər İsaya məxsus olan insanlardır. Buna görə amulet, gözmuncuğu, ulduz falı və müxtəlif mövhumatlara inanmırlar. Allah müqəddəs kəlamında bütün bunları qadağan edir.

Bəs sən belə şeylərə ümid bağlayırsanmı, yoxsa İsaya güvənirsən? Yalnız İsa səni qoruya və sənə kömək edə bilər. İsa “Qorxma, çünki Mən səninləyəm” sözlərini sənə də deyir.

TiFam bilmirdi ki, İsaya dua etmək olar. O həmişə qorxu içində yaşayırdı.

Cadugər Orestil Meri ilə valideynlərinin məsihçi olduqlarını biləndə üz-gözünü turşutdu və sonra…

Bu həqiqi əhvalatda ondan sonra nə baş verdiyini növbəti verilişdə öyrənəcəksiniz.


Rollar: Aparıcı, TiFam, ana, Meri

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 01, 2017, at 02:43 PM | powered by PmWiki (pmwiki-2.3.3)