STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 045 (The catastrophe 4)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

45. Fəlakət 4


Haitinin üzərində tufan tüğyan edirdi. Bu kasıb ölkədə şiddətli tufanlar tez-tez məhsulu məhv edərdi. Cadugər Orestil tövşüyə-tövşüyə dağı qalxırdı. Yağışda və qaranlıqda heç nə görə bilmirdi. Çaxan ildırım bir anlıq ortalığı işıqlandırdı. Orestil bir qaya üstündə duran Viktoru gördü.

Orestil: "Onu öldürəcəyəm. Bütün bədbəxtliklər onun ucbatından baş verir, çünki o həmişə İsadan danışır. Buna görə ruhlar bizə hücum çəkir, tufan göndərir. Onu öldürəcəyəm və hamı elə biləcək ki, o özü qayadan düşüb."

Beləcə Orestil qətl planı quraraq inadla qayalara dırmaşırdı. Qəflətən o böyük bir dərəyə düşdü, ayağı burxuldu. O artıq yoluna davam edə bilmirdi.

Orestil: "İmdad! Kömək edin!"

Tufanın səs-küyünə baxmayaraq, Viktor cadugərin imdad harayını eşitdi. Onun qayalara dırmaşmasının səbəbini bilmirdi.

Orestil: "Mənə kömək et. Mən dağlarda yaşayan böyük qızıma qonaq getmək istəyirdim."

Orestil böyük yalançı idi. Lakin Viktor ona kömək etdi. Viktor onu bir daxmaya daşıdı və onlar orada yağışdan sığındılar. Birdən küt bir səs qulaqlarına çatdı. Göy gurultusu deyil idi. Səs kəsmirdi, getdikcə daha da artırdı. Dağ titrəyirdi. Yekə qayalar qopub kəndin üstünə tökülürdü. Orestil sarsıldı.

Orestil: "Arvadım, TiFamım! Onlara kömək etməliyik!"

Viktor: "Orestil, mən sənə demişdim axı! Niyə mənə qulaq asmadın? Demişdim ki, sürüşmə olacaq! Arvadınla qızın ölsələr, günah səndə olacaq!”

Böyük əziyyətlə və Viktorun köməyi ilə Orestil evləri olan yerə gəlib çıxdı. Dəli kimi palçığın içində axtardı. Birdən dayandı.

Orestil: "Arvadım ölüb! Amma buraya bax – burada nəsə tərpənir! TiFam!“

Orestil qızını dağıntıdan çıxartdı.

Orestil: "TiFam, əziz TiFam!"

Viktor: "Rəbb İsa, bizə kömək et! Müjdəçiləri göndər, bizə yemək və dərman yollasınlar."

İsa Viktorun duasına cavab verdi. Yardım tezliklə gəldi və TiFam vertolyotla müjdəçi xəstəxanasına aparıldı.

Növbəti verilişə qulaq assanız, xəstəxanada nə baş verdiyini öyrənəcəksiniz.


Rollar: Aparıcı, Orestil, Viktor

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 01, 2017, at 02:50 PM | powered by PmWiki (pmwiki-2.3.3)