STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 142 (Doomed man 3)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

142. Ümidsiz adam 3


Həkim: "Cənab Teylor, vəziyyətiniz çox pisdir. Sizə məsləhət görürəm ki, vəsiyyətnamə yazasınız. Siz artıq çox uzun yaşamazsınız."

H. T.: "Xeyr, mən hələ çox yaşayacağam! Uzun illər yaşayacağam. Allah mənim üçün Çində çox iş hazırlayıb. Amma əgər ölsəm belə, İsanın yanına gedəcəyəm və bunu da çox arzulayıram."

Hadson Teylor, qorxunc xəstəlikdən ölmüş bir adamın cəsədindən o xəstəliyə yoluxdu. Heç kəs Hadsonun sağ qalacağını gözləmirdi. Lakin İsa onu qorudu. Hadson Çində müjdəçi fəaliyyətində ona lazım olacaq tibbi öyrənməyə davam etdi.

19 sentyabr 1853-cü ildə Hadson Teylor “Damfris” adında gəmiyə mindi və İngiltərədən Çinə səyahət etdi. Gəmi sahildən bir az uzaqlaşandan sonra dəhşətli tufana düşdü. Dalğalar az qala gəmini batırırdı. Ancaq güclü Xilaskar İsa onları batmağa qoymadı.

Ondan sonra bir gün heç külək əsmədi. Yelkən faydasız yerə asılmışdı. Qəflətən güclü sualtı axın gəmini riflərə, yəni sualtı qayalara apardı. Kapitan əlini üzdü.

Kapitan: "İşimiz xarabdır. Biz artıq heç nə edə bilmərik."

H. T.: "Hə, ancaq bir şey edə bilərik."

Kapitan: "Nə?"

H. T.: "Dua edib Allahdan küləyi göndərməyi xahiş edə bilərik."

Hadson Teylor dua etdi və Allahın onlara kömək edəcəyinə inandı.

H. T.: "Əsas yelkəni yığın!"

Kapitan: "Bu nə deyir?"

H. T.: "Allah küləyi göndərəcək."

Kapitan: "Gülüncdür! Görməsəm, inanmaram."

Lakin üstündən bir neçə dəqiqə keçmiş bu rişxəndçi adam bir möcüzə yaşadı. Külək qəfildən əsib gəmini qorxunc riflərdən uzaqlaşdırdı.

İsanın güclü əli "Damfris" gəmisini qorudu. Gəmi Şanxaya gəlib lövbər atdı.

Hadson Çin torpağına ayaq basanda sevincindən ağladı. O, çinlilərə onu qoruyan Xilaskar haqqında danışmaq istəyirdi. Buna görə onların dilini öyrəndi. Bu, çətin iş idi. Bəzən Hadsonun dili çincə danışmaqdan yoluruldu.

H. T.: "Sirr Jesu ai o, za tscheng tsching kau su o."

Ona elə gəlirdi ki, bir çox çinlilər bir adamın gəlib onlara Rəbb İsa haqqında danışmasını gözləyirlər. Lakin Hadsonla dostlarını heç də hər yerdə xoş qəbul etmirdilər.

Qadın: "Yançjou şəhərinə getməyin. Oradakı insanlar pisdirlər. Sizi tutduracaqlar və ya öldürəcəklər."

H. T.: "Oradakı insanlar pisdirsə, onda biz mütləq oraya getməliyik. Onlara İsa lazımdır."

(iğtişaş səsi) Xalqın içində nəsə bir şey baş verirdi! Amma bundan mən sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, həkim, Hadson Teylor, kapitan, qadın

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:43 AM | powered by PmWiki (pmwiki-2.3.3)