STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 117 (Sad Christmas memory 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

117. Kədərli Milad xatirəsi 1


Maya yatağında o yan-bu yana fırlanırdı. Birdən yadına düşdü ki, bu gün Milad günüdür! Qız o saat durdu.

Maya: "Klaus! Klaus, haradasan?"

Klaus: "Ay bacı, tez gəl buraya."

Maya: "Bayırda nə işin var? Xəstələnərsən."

Klaus: "Bax, Maya, Santa Klaus buraya gəlmişdi! Sənsə deyirdin ki, guya o buraya, bu dağ yerlərinə gəlib çıxa bilməyəcək. Mən yenə də qırmızı corabımı asmışdım və budur, o mənə bir hədiyyə gətirib."

O anda Maya gördü ki, qardaşının corabına ağappaq bir pişik balası girmişdi. Klaus pişiyi evə gətirdi.

Klaus: "Ona Ağça adını verəcəyəm. Bilirsən, nə qədər xoşbəxtəm!"

Klaus pişik balasına ilıq süd içirdi. Maya nənəsinin yırğalanan kreslosunda əyləşib onlara tamaşa edirdi. 5 il bundan öncəki Milad günü yadına düşdü.

O vaxt qızın yeddi yaşı var idi və ona icazə vermişdilər ki, qonşu qadın və oğlu Fridli ilə kilsəyə getsin. İlahilər və pastorun Körpə İsa haqqında söylədikləri çox gözəl idi. Amma Fridli... Maya ona nifrət etdi. O qapqara saçlı oğlan görməmiş kimi Mayadan zəncəfilli pryanik istəmişdi. O isə vermədi. Vermədi vəssalam! Acıqla ondan üzünü döndərdi və evə qayıtdı. Maya Milad ərəfəsini həvəslə gözləyirdi. Evə gələndə gördü ki, atası qəm-qüssə içindədir. Bu ona qəribə gəldi.

Maya: "Ananın halı pisdirmi?"

Ata: "Hə, pisdir, qızım. Anan çox xəstədir və səni görmək istəyir."

Maya sakitcə anasının yatağına yaxınlaşdı. Anasının o gün ona zəif səslə dediyi sözləri o əsla unutmayacaqdı:

Ana: "Maya, sənin üçün bir hədiyyəm var. Körpə qardaşındır. Ondan muğayat ol."

Maya körpəni qucağına götürdü. Anasının dediyini hələ tam dərk etməmişdi. Bir azdan atası onun yanına gəldi.

Ata: "Qızım, anan artıq yanımızdan ayrılıb və Milad bayramını cənnətdə qeyd eləyir. O öləcəyini bilirdi və buna görə balaca Klausu sənə tapşırdı."

O gecə Maya çox ağladı və atasının qucağında yuxuya getdi. O gün, çox kədərli bir Milad günü idi.

Maya o qədər dərin fikrə dalmışdı ki, nənəsinin otağa necə girməsindən xəbəri olmamışdı.

Klaus: "Ay nənə, bizə cənnət haqqında danış."

Nənənin göz yaşlarının olmayacağı gözəl səmavi diyardan danışdıqlarına qulaq asmaq Klausun xoşuna gəlirdi.

O ki qaldı Mayaya, ürəyində Fridliyə qarşı bəslədiyi nifrət üzündən İsaya yer qalmırdı. Buna görə də qız getdikcə pisliyə doğru gedirdi.

Ondan sonra baş verən olayları növbəti verilişdə öyrənəcəyik.


Rollar: Aparıcı, Maya, Klaus, ata, ana

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:45 AM | powered by PmWiki (pmwiki-2.3.3)