STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 104 (Pharaoh is obstinate 4)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

104. Firon təslim olmaq istəmir 4


Harun: "Musa, bu sənsənmi? Şalom!"

Musa: "Harun! İnana bilmirəm. Səni 40 il görməmişəm."

Qardaşlar qucaqlaşdılar. Onların sevincinin həddi-hüdudu yox idi.

Allahın onlar üçün bir tapşırığı var idi.

Musa israil övladlarını Misir əsarətindən qurtaracaqdı. Qardaşı da ona bu işdə kömək edəcəkdi. Onlar dəhşətli hökmdarın – fironun hüzuruna gedəcəkdilər. Bunun üçün onlara böyük cəsarət lazım idi.

Musa: "Ey firon, İsrailin Allahı Rəbb sənə deyir ki, xalqımı burax!"

Firon: "Rəbbmi? Rəbb kimdir? Mən Onu tanımıram və israilliləri buraxmaq niyyətində deyiləm. Gedin buradan!"

Firon Allaha qulaq asmaq istəmirdi.

Firon: "Ay sizi tənbəllər! Hamı iş başına! Artıq kərpic düzəltmək üçün sizə saman verilməyəcək. Özünüz zəhmət çəkib yığacaqsınız. Gündəlik kərpic sayını isə azaltmayacaqsınız. Əvvəl nə qədər düzəldirdinizsə, indi də bu qədər düzəldəcəksiniz!"

Ağlasığmaz! İndi xalqın vəziyyəti əvvəlkindən də betər oldu. İsrail övladları Musanı təqsirləndirirdilər. Musa isə dua edirdi.

Musa: "Ya Rəbb, nə üçün məni firona göndərdin? İndi vəziyyətimiz əvvəlkindən də betər olub. Sən xalqını azad etmək üçün heç nə etməmisən."

Allah dedi: "Fironla nə edəcəyimi tezliklə görəcəksən. Onu sizi buraxmağa məcbur edəcəyəm. Mən həmişə verdiyim vədlərə əməl edirəm. Sizi azad edəcəyəm."

Allah misirlilərə çoxlu cəzalar verdi.

Oğlan: "Bir dəfə o çaydakı suyun hamısını qana döndərib. Lakin firon yenə də onun dediyinə inanmayıb."

Qız: "Tfu, bir dəfə bütün ölkəni qurbağalar basıb. Fironun yatağına belə, girib!"

Oğlan: "Sonra qorxunc dolu yağıb və bütün taxılı məhv edib."

Qız: "Üç gün qaranlıq olub. Ancaq bu möcüzələr belə, fironu iqna etməyib. Firon çox inadkar olub!"

Oğlan: "Maraqlıdır ki, bu cəzalar israillilərə heç toxunmayıb. Bu, möcüzədir!"

Sonra Allah ən qorxunc cəzanı elan etdi.

Allah dedi: "Firona və Misirə daha bir cəza verəcəyəm və ondan sonra siz azad olacaqsınız."

Musa axırıncı dəfə fironun hüzuruna getdi.

Musa: "Bu gecə Allah bütün Misir ölkəsinə belə cəza verəcək: hər ailənin böyük oğlu öləcək. Sənin oğlun belə, öləcək. Onda biləcəksən ki, İsrail var olan Allaha qulluq edir!"

Firon nəhayət bu həqiqəti dərk edəcəkmi? Bunu biz növbəti verilişdə öyrənəcəyik.


Rollar: Aparıcı, Musa, Harun, firon, Allah, oğlan, qız

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:28 AM | powered by PmWiki (pmwiki-2.3.3)