STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 071 (The cast-your-cares hint)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

71. Qayğı yükünüzü Ona ötürün


Bizim artıq heç dərdimiz, problemimiz olmasaydı, nə yaxşı olardı!

Qız: "Mən istəyirəm, dünyada müharibə olmasın!"

Oğlan: "Qəzalar da, xərçəng xəstəliyi də olmasın!"

Qız: "Valideynlər heç vaxt boşanmasınlar!"

Oğlan: "Mən istəyirəm ki, uşaqlar artıq ac qalmasınlar!"

Belə olsaydı, necə gözəl olardı!

Bəzən mən də belə şeylər arzu edirəm. Siz də arzu edirsinizmi, uşaqlar? Təəssüf ki, bu dünyada bu kimi arzular gerçəkləşmir.

Amma mən sizə bir şad xəbər deyəcəyəm: bir Şəxs var ki, O sizi əsla dərd içində qoymaz. O Şəxs İsadır! Bəlkə soruşarsınız ki, mən bunu haradan bilirəm? Peterdən bilirəm.

İncildə Peterin Məktubları var və Peter onların birində belə deyir: “Bütün qayğılarınızı, dərdlərinizi İsaya ötürün, çünki O sizin qayğınıza qalır.

Peter öz həyatında gördüyünü deyirdi. Bir dəfə onun qayınanası çox xəstələnmişdi. Qızdırması var idi və o, yataqdan dura bilmirdi. Onun xəstəliyinə bir əlac tapılmırdı. Peterlə həyat yoldaşı ruhdan düşmüşdülər.

Lakin onlar onlara qonaq gələn İsaya bu dərdlərindən danışdılar.

Peter: "Ey İsa, bizə kömək ol, nə olar. Qayınanam çox xəstədir. Biz ona görə narahatıq."

İsa böyük və kiçik dərdlərimizi bilir, bizi başa düşür və məmnuniyyətlə bizə kömək edir. İncildə yazılıb ki, İsa xəstə qadına yaxınlaşıb əlini tutdu. Ayağa qalxmasına kömək etdi və o saat qadının qızdırması düşdü. Bir neçə saniyə sonra o özünü yaxşı hiss etdi. O əvvəlki kimi sağlam oldu və durub qonaqlarına dadlı yemək bişirdi.

Sizin qayğılarınız varmı, uşaqlar? Bunlar haqqında İsaya danışın. İsa duanızı eşidir. Hətta əgər O sizə, Peterə kömək etdiyi kimi tez kömək etməsə belə, unutmayın ki, İsa heç vaxt gecikmir, yalnız bəzən biz Onun cavabını gözləməyə məcbur oluruq.

Peterin ağıllı məsləhətini həmişə yadda saxlayın.

Peter: "Bütün qayğı yükünüzü İsaya ötürün, çünki O sizin qayğınıza qalır."


Rollar: Aparıcı, qız, oğlan, Peter,

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:03 AM | powered by PmWiki (pmwiki-2.3.3)