STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 047 (Arsonist 6)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

47. Məbədi yandırmaq cəhdi 6


Bazar günü axşam üstü TiFam həyətdə oturub Haiti dağları arxasında batan günəşi seyr edirdi. Bu yaxınlarda Allahın övladı olduğuna görə özünü xoşbəxt hiss eləyirdi. Atası, cadugər Orestil, onun Müqəddəs Kitabını əlindən alıb cırmışdı. Ancaq ürəyindəki Rəbb İsanı əsla əlindən ala bilməzdi. TiFam həyətin o başında tonqalın yanında oturub isinən atasına hirslənmirdi. Onu olduğu kimi sevirdi. Maraqlıdır, o, son xəbəri bilirmi?

TiFam: "Ata, Viktor hər bazar günü kəndimizə vəz etməyə gəlir."

Orestil: "Çox nahaq!"

Orestil deyindi, ancaq o səhər məbədə gedib vəzə xəlvətcə qulaq asdığını bildirmədi. Viktorun sözləri fikrindən çıxmırdı.

Viktor: "İsa həyatımı dəyişdirdi. Mən də keçmişdə qorxu içində yaşamışam, ruhlara qulluq etmişəm. Lakin Allahın məhəbbəti haqqında eşidəndə iman etdim. İndi İsanın həmişə mənimlə olduğunu bilirəm və buna çox sevinirəm. Mən heç vaxt tək qalmayacağam!"

Orestil ruhlara tikdiyi balaca evə getdi.

Orestil: "Ey ruhlar, gücünüzü göstərin! Bu məbədi oda vurun, yandırın! Lazımdırsa, mən də sizə bu işdə kömək edərəm."

Gecə yarısından sonra Orestil məbədə yollandı. Od yandırıb samanla örtülü damına yaxınlaşdırdı.

Qəflətən kimsə cadugəri qolundan tutub yerə yıxdı.

Orestil: "Viktor, sən haradan gəlib çıxmısan?"

Viktor: "İsa məni səninlə danışmağa göndərdi. O səni sevir."

Orestil: "O məni necə sevə bilər? Mən ruhlara qulluq etmişəm, yalan danışmışam, səni öldürmək istəmişəm, indi də məbədi yandırmağa çalışmışam. Bundan əlavə, TiFamın Müqəddəs Kitabını cırmışam. Bundan sonra O məni hələ sevə bilərmi?"

Viktor: "O sənin hər bir günahına görə çarmıxda öldü. O səni bağışlayacaq."

Orestil: "Mən etdiklərimə görə çox peşmanam. Rahatlığı əldə etmək istəyirəm, Allahın övladı olmaq istəyirəm."

Cadugər ciddi imana gəldi. Cadugərliklə əlaqəli bütün əşyalarını yandırdı və yeni həyata başladı. Ondan sonra üzü həmişə nur saçırdı və onu görənlər sevinirdilər. Hər şeydən çox sevinən isə TiFam idi.

İsa qalib gəlir – həm Haitidə, həm də bizim aramızda qalib gəlir. İsa Onun yanına gələn və Allahın övladı olmaq istəyən hər kəsi qəbul edir.

İncildə yazılıb ki, İsa “Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi” (Yəhya Müjdəsi 1:12).


Rollar: Aparıcı, TiFam, Orestil, Viktor

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 07:00 AM | powered by PmWiki (pmwiki-2.2.109)