STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 046 (How to become a child of God 5)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

46. Allahın övladı necə olmaq mümkündür 5


Haitidə dəhşətli fəlakət baş vermişdi. Tufandan sonra dağdan qayalar qopub vadiyə düşmüş, TiFamın əvvəlcə yaşadığı kəndin üstünə tökülmüşdü. Lakin Allah onun həyatını xilas etmişdi. Müjdəçi xəstəxanasında TiFam tez sağaldı. Tibb bacıları qızı sevdilər və yaxşılaşmasına sevindilər.

Tibb bacısı: "Sən çox yaxşılaşmısan, TiFam. Oxu-yazı öyrənmək istəyirsənmi?"

TiFam: "Hə, istəyirəm. Ancaq o Kitabdan qorxuram."

Tibb bacısı: "Müqəddəs Kitabdan qorxmaq lazım deyil. Orada yazılıb ki, İsa uşaqları sevir."

Ondan sonra TiFam hər gün müjdəçi məktəbinə getdi. Din dərslərində qulaqlarını tutaraq otururdu, ancaq arabir qulaq asırdı. Müəllimin “Allahın övladı” dedikdə nə nəzərdə tutduğunu heç cür anlaya bilmirdi. Belə hallarda dərhal boynuna taxdığı amuleti tuturdu. Bir dəfə başqa bir qız ona güldü. TiFam qorxub ağladı və sinifdən çıxdı.

Tibb bacısı: "TiFam, niyə ağlayırsan?"

TiFam: "Başa düşə bilmirəm. Allahın övladı necə ola bilərəm?"

Tibb bacısı: "İncildə yazılıb ki, İsaya iman edən və Onu öz həyatına Rəbb olaraq qəbul edən insan Allahın övladı olur."

TiFam: "Mən bunu etsəm, atam məni cəzalandıracaq. Qorxuram."

Tibb bacısı: "Biz atana görə dua edəcəyik ki, o da Allahın Oğluna iman etsin."

TiFam cəsarətləndi və dua etdi.

TiFam: "Ya Rəbb İsa, Sənə iman edirəm. Günahlarımı bağışla və həyatıma gəl."

Tibb bacısı: "İndi sən Allahın övladısan. İsa həmişə səninlədir."

TiFam (sevinclə): "Mən Allahın övladıyam!"

Bir müddət sonra atası TiFamı aparmağa gəldi. Xəstəxanadan çıxana yaxın imanlılar ona Müqəddəs Kitab hədiyyə etdilər. Yolda atası qıza şübhə ilə baxırdı və evə gəlib çatana kimi dinmədi.

Orestil: "Sən də bu İsaya iman edirsən?"

TiFam: "Bəli, ata, mən Allahın övladıyam. Nə olar, sən də İsanı həyatına qəbul et. İncildə yazılıb ki, sən belə edəndə Allahın övladı olarsan."

TiFam sözünə davam edə bilmədi. Atası Müqəddəs Kitabı əlindən aldı, cırıb havaya sovurdu.

Bəs sonra nə oldu?

Bunu siz növbəti verilişdə öyrənəcəksiniz.


Rollar: Aparıcı, tibb bacısı (məsihçi tibb müəssisəsindən), TiFam, Orestil

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 01, 2017, at 02:49 PM | powered by PmWiki (pmwiki-2.3.3)