STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 048 (Small man – big cheat)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

48. Kiçik adam – böyük yalan


(izdihamın səsi)

Zakkay: "Çəkilin! Buraxın məni!"

Adam: "Nə üçün adamı itələyirsən? Hamı baxmaq istəyir."

Zakkay: "Mən heç nə görə bilmirəm."

Adam: "Səsini kəs və rədd ol buradan!"

O qabağa keçə bilmirdi. Hamı onu tanıyırdı. Və heç kim onu sevmirdi. Onun qəşəng evi və dəbdəbəli paltarı var idi. Boyu balaca idi, amma varı-dövləti çox idi. Hamı bilirdi ki, o halal qazancla varlanmamışdı. Onun adı – Zakkay “təqsirsiz” deməkdir, amma bu adam heç də təqsirsiz deyil idi, əksinə, böyük fırıldaqçı idi.

Bu balacaboy adam Yerixodakı vergi şöbəsinin rəhbəri idi. Başqa yerlərdən mal gətirənlər ona vergi ödəyirdilər. Zakkay qayda-qanuna görə işləmirdi. İnsanlardan gədərindən çox pul alırdı. Romadakı rəisi buna göz yumurdu və Zakkay hər istədiyini edirdi. Beləcə “təqsirsiz” adam çox təqsirli oldu.

Zakkayın pulu çox idi, amma xoşbəxtliyi yox idi. Bir gün Yerixoda sensasiya oldu: şəhərə İsa gəldi!

Zakkay İsanı görmək fürsətini əldən vermək istəmirdi, lakin başqa insanların arxasından Onu görə bilmirdi. Birdən ağlına yaxşı fikir gəldi – ağaca dırmanmaq! O cəld ağaca dırmandı və yuxarıdan hər şeyi əla görə bilirdi. İsa gəldi! Yavaş-yavaş ona yaxınlaşırdı. Təsəvvür edin, Zakkay İsanın onun dırmandığı ağacın altında durduğuna necə təəccübləndi. Zakkayın ürəyi döyünürdü. İsa başını qaldırdı və Zakkayın gözlərinin içinə baxdı. O onu haradan tanıyırdı? İsa ona dedi:

İsa: "Zakkay, tez ol, ağacdan aşağı düş. Bu gün Mən sənə qonaq gələcəyəm."

Zakkay o saat İsanın sözünə əməl etdi – ağacdan aşağı düşdü və sevinclə İsanı öz evinə apardı. Lakin başqaları narazı oldular.

Adam: "İsa bunun evinə gedir? Məgər bilmir, bu necə alçaq adamdır?"

Bəli, İsa bilirdi. Lakin O hələ də onu sevirdi. Zakkay İsayla tanış oldu və təqsirlərini Ona etiraf etdi.

Zakkay: "Ya Rəbb İsa, Sənə söz verirəm: Var-dövlətimin yarısını kasıblara paylayacağam. Kimdən nə oğurlamışamsa, dörd qatını qaytaracağam.”

İsa: "Zakkay, sən xilas olmusan! Çünki Mən itmiş olanı axtarmağa və xilas etməyə gəldim."

İsa sizə də qonaq gəlmək istəyir, uşaqlar. Siz Onu həyatınıza qəbul edin və sizi narahat edən hər şeyi Ona danışın. O, həyatınızı düzəldəcək.


Rollar: Aparıcı, Zakkay, İsa, adam

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 07:02 AM | powered by PmWiki (pmwiki-2.3.3)