STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 004 (Prayers can cause miracles)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

4. Dualar möcüzə yarada bilər


Küçələr toz-torpaqlı idi, günəş səmada bərq vururdu və köhnə dilənçi əvvəlki kimi yolun kənarında oturmuşdu. O hər dəfə ayaq səsləri eşidəndə əlini uzadıb dilənirdi.

Bartimay: “Kömək edin! Mənə çörək pulu verin!”

Bəzilərinin Bartimaya yazığı gəlirdi, başqaları isə ona diqqət vermirdilər.

Günlərin birində bu küçədə çox səs-küy eşidildi, sanki Yerixo şəhərinin bütün əhalisi buraya gəlmişdi.

Bartimay: “Nə baş verir?”

Kişi: “Allahın Oğlu İsa buraya gəlir, bu yoldan keçəcək. O hamını sevir, xəstələrə şəfa verir və hətta ölüləri diriltməyə qadirdir.”

Kor Bartimayın qəlbində birdən ümid işığı parladı. Bəlkə, İsa onun harayını eşidər... O, görə bilmədiyi Adama haray çəkdi:

Bartimay: “İsa, mənə kömək et, nə olar! Mənə rəhm elə!”

Kor dilənçinin harayından narahatçılıq hiss edən bəzi adamlar ona qadağan etməyə çalışdılar.

Kişi: “Səsini kəs və rədd ol buradan, yoxsa…”

Məgər İsanı çağırmaq qadağandır? Xeyr!

Bartimay insanlara qulaq asmadı; əksinə, daha da bərk qışqırdı:

Bartimay: “Ya Rəbb İsa, mənə kömək et, nə olar!”

İsa hər kəsi eşidir. O sənin dualarını da eşidir.

İncildə yazılmışdır ki, İsa dayanıb əmr etdi:

İsa: “O kor adamı yanıma gətirin.” Bartimay Allahın Oğlunun hüzurunda dayandı. O, İsanı görməsə belə, Onun hüzurunda özünü sakit və arxayın hiss etdi. Sonra İsanın mehriban səsini eşitdi.

İsa: “Bartimay, nə istəyirsən, sənin üçün edim?”

Bartimay uzun-uzadı düşünməli deyil idi. Ən böyük ehtiyacı duaya çevrildi:

Bartimay: “Ya Rəbb, gözlərim açılsın.”

İsa onun ürək arzusunu yerinə yetirdi.

İsa: “Qoy gözlərin açılsın! Mənə iman etdiyin üçün Mən də sənə şəfa verirəm!”

O anda Bartimayın gözləri açıldı və o, duasını eşidən və harayına çatan Adamı gördü.

Hədsiz sevinclə İsaya şükür etdi və o gündən bəri sidq ürəkdən İsanın yolunu tutdu.

Allah Müqəddəs Kitabda sənə belə deyir:

“Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, sən də Məni şərəfləndirəcəksən.”


Rollar: Aparıcı, Bartimay, şagirdlər, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:06 AM | powered by PmWiki (pmwiki-2.3.3)