STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 149 (It‘s difficult for Inam 1) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
149. İnam çətinə düşür 1Qız kirli paltarlarla dolu ağır səbəti çayın sahilinə daşıdı. Qızın adı İnam idi. İnam kirli paltarları səbətdən çıxartdı, suya saldı və böyük bir daşa sürtməyə başladı. Bu, çətin iş idi. Cəngəllikdə paltar yuyan maşın yox idi. İnamın gözlərindən yaş tökülüb buğdayı sifətinə yayılırdı. Qız yenə bərk döyülmüşdü. İnam zəmilərə baxdı, düyü plantasiyalarının hələ çox kiçik olduğu zamanı düşündü. (xatirələri fon musiqisi ilə müşayiət olunur) İnam: "O vaxt İndoneziyaya xaricilər gəldilər. Onlar taxtadan kiçik bir kilsə tikdilər. Hər kəs ibadətə gələ bilərdi. Mən divardakı yarıqdan içəri baxdım, məsihçilərin oxuduqları gözəl ilahilərə qulaq asdım. Sonra içəri girdim və İsa haqqında heyranedici hekayələr eşitdim: İsa bizim uğrumuza çarmıxda öldü! İsanın ardınca getməyi, həyatımı Ona həsr etməyi qərara aldım. Amma İsaya dua etdiyimi ata-anama söylədiyim zaman onların acıqları tutdu və məni döydülər." (musiqi sönüb gedir) İnam döyüldüyünə görə yox, ata-anasının imansızlığına görə ağlayırdı. İnam: "Ya Rəbb İsa, elə istəyirəm ki, ata-anam da Sənə iman gətirsinlər və bir gün cənnətə getsinlər. Yalvarıram, onları xilas et! Qoyma, həlak olsunlar!" İnam yuyulmuş paltarla dolu səbəti götürüb evə qayıtdı. Ana (acıqla): "Niyə bu qədər ləng işləyirsən? Tez ol! Düyü bişir!" Yeməkdən sonra İnam evdə qapalı qaldı. Ancaq o biraz gözləyib, pəncərədən bayıra çıxdı və cəngəlliyin hündür otundan qaçaraq kiçik kilsəyə çatdı. (fonda musiqi çalır) Qız ibadəti buraxmaq istəmirdi. İlahilər və ayələr ona cəsarət verir, onu ruhlandırırdı. Lakin sonra evdə ata-anası onu dəyənəklə gözləyirdilər. İnam İsanın ardınca getməyi qərara alandan sonra çətin günlərini yaşayırdı. Tez-tez döyülür vı əziyyət çəkirdi, amma hər şeyə rəğmən İsaya iman edirdi. Bir gün o xəstələndi və anası bir cindar adam çağırdı. Cindar bir "dərman" hazırlayıb, bunun üstündə öz-özünə danışdı. İnam bu dərmanı içməmək üçün bir çarə axtarırdı. Cindar adam kasanı qıza verəndə birdən anasının yadına düyü düşdü. Ana: "Ay aman, düyü yanacaq! Mən mətbəxə qaçmalıyam!" Cindar da onun dalınca otaqdan çıxdı, İnam fürsət bilib bu saat "dərman" ı pəncərədən tökdü. Onsuz da heç kəs bunu bilməyəcək! Hekayənin ardı növbəti verilişdə olacaq. Rollar: Aparıcı, İnam, ana © Müəlliflik hüququ: CEF Germany |