STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 148 (The hardest test 3) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
148. Ən çətin sınaq 3Qulaq asın, uşaqlar, məgər mən düz demirəm? Siz biləndə ki, bu gün çətin imtahan, yaxud test olacaq, səhər yuxudan durmaq istəmirsiniz. Ancaq İbrahim belə deyil idi. O səhər tezdən durdu. Özü də onun imtahanı riyaziyyatdan və ya fizikadan deyil idi. Allah onun imanını sınayırdı. Allahın səsi: "Ey İbrahim!" İbrahim: "Buradayam!" Allahın səsi: "Sevdiyin yeganə oğlun İshaqı götür və Moriya torpağına get. Onu dağda, sənə göstərəcəyim yerdə qurban verəcəksən." Allahı tanımayan və sevməyən hər kəs Onun qəddar olduğunu düşünür. İbrahim isə çətin sınaqdan keçsə belə, Allahı qəddar saymırdı. Müqəddəs Kitabda sadəcə olaraq deyilir ki, İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Qurban üçün odun yardı və iki nökəri ilə oğlu İshaqı götürüb getdi. Uzun yol getdilər – təqribən 120 kilometr. Uzun yolda hər kəs dönüb evə qayıtmaq qərarına gələ bilərdi. Üç gün sonra İbrahim o dağı gördü. Nökərlərinə üz tutub dedi. İbrahim: "Siz eşşəklə birlikdə burada qalın, mən uşaqla Allaha səcdə etməyə gedirəm. Səcdə edib, yanınıza qayıdarıq." Eşitdinizmi, İbrahim nə dedi? O dedi ki, biz qayıdarıq. O inanırdı ki, Allah İshaqı ölümdən qaytaracaq. Oğul odun daşıyırdı, ata isə bir əlində közlə dolu qab, digər əlində bıçaq tuturdu. Onlar birlikdə getdilər. İshaq: "Ay ata!" İbrahim: "Bəli, oğlum." İshaq: "Bizdə odun var, od da var, bəs yandırma qurbanı olacaq quzu haradadır?" İbrahim: "Bu işi Allaha buraxaq, oğlum, Allah qurbanı Özü hazırlayacaq." Onlar Allahın göstərdiyi yerə gəlib çatanda İbrahim bir qurbangah düzəldib odunları düzdü. Oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu. Sonra bıçağı götürdü. Mələk: "İbrahim, İbrahim!" İbrahim: "Mən buradayam!" Mələk: "Oğluna bir şey etmə. İndi görürəm ki, sən Allahı öz yeganə oğlundan da çox sevirsən." İbrahim ən çətin sınaqdan şərəflə keçmişdir. Moriyadan bir neçə yüz metr uzaqda Qolqofa yerləşir. Neçə-neçə əsrlər sonra Allah orada Öz yeganə Oğlu İsanı bizə görə qurban vermişdir ki, biz Ona iman etsək, Allahın övladları olaq. İstəyirsinizsə, indi mənə qoşulub dua edin. "Ya Rəbb İsa, İbrahim iman etdiyi kimi mən də Sənə iman edəcəyəm. Belə bir imana malik olan insana nə baş verə bilər!" Rollar: Aparıcı, İbrahim, Allahın səsi, İshaq, mələk © Müəlliflik hüququ: CEF Germany |