Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 072 (Sensation on the sea)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

72. Dənizdəki sensasiya


Qalileya dənizində sensasiya baş verib!

Peter: "Mən İsaya heyranam! İnanmağım gəlmir ki, O, beş çörək və iki balıqla 5000 nəfər kişini və arvad-uşaqlarını yedirdib, – özü də hamı doyunca yeyib!"

Şagird: "Bəs sən gördün, axırda nə qədər yemək qalıb? Başlanğıcda olduğundan da çox!"

Peter: "Əla! O az şeydən çox yarada bilər!"

İsa Allahın Oğludur, Onun bənzəri yoxdur. O həqiqətən az şeydən çox şey yarada bilər.

Bu möcüzədən heyrətlənən insanlar axşamüstü öz evlərinə qayıtdılar. İsa isə şagirdləri ilə söhbət etdi.

İsa: "Siz qayığa minin və gölün o biri tayına keçin."

İsa onlarla qayığa minmədi, lakin dua etmək üçün dağa çıxdı.

İsasız qalan şagirdlər avar çəkə-çəkə gölün ortasına çatdılar. Birdən fırtına qopdu. Balıqçılar yelkənləri aşağı endirdilər. Dalğalar qayığa çarpmağa başladı. Onlar, kaş İsa bu qorxunc vəziyyətdə bizim yanımızda olaydı, deyirdilər. Şagirdlər qorxudan fəryad qopardılar, lakin vəziyyət daha da pisləşdi.

Peter: "Oraya baxın! Görürsünüz? Bu bir kabusdur!"

Şagird: "Mən artıq buna dözə bilmirəm!"

Suyun üstündə siluet kimi görünən ağ paltar geyinmiş Adam onların qayığına yavaş-yavaş yaxınlaşırdı. Şagirdlər qışqırdılar. Lakin O, kabus deyil idi.

İsa: "Cəsarətli olun, Mənəm, qorxmayın!"

Şagirdlər İsanın səsini tanıdılar. Peter birinci danışmağa cürət etdi.

Peter: "Ya Rəbb İsa, əgər həqiqətən Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim."

İsa: "Gəl!"

Peter o saat qayıqdan gölə tullandı və... möcüzə baş verdi! O, suyun üstü ilə İsaya tərəf yeriməyə başladı. Əvvəl o, İsaya baxdığı üçün hər şey yaxşı idi, lakin sonra dalğalara baxdı və batmağa başladı.

Peter: "Ya Rəbb, məni xilas et! Kömək et!"

İsa əlini uzatdı, Peteri tutub sudan çıxartdı və xilas etdi.

İsa Allahın Oğludur, Onun bənzəri yoxdur. O xilas edir!

İsa: "Mənə güvən və ürəyini Mənə ver!"

Peter İsayla qayığa daxil oldu. Fırtına sakitləşdi, külək kəsdi. Hamı İsanın önündə diz çökdü, gözəl Rəbbə səcdə etdi.

Peter: "Sən Allahın Oğlusan!"

İsa Allahın Oğludur, Onun bənzəri yoxdur. Onun üçün mümkün olmayan bir şey yoxdur! O sənin suyun üstü ilə yeriməyini istəmir. Harada yeriyirsən-yeri, təki İsa ilə yeriyəsən! O sənə hər zaman yol göstərəcək və kömək edəcək!


Rollar: Aparıcı, Peter, şagird, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:04 AM | powered by PmWiki (pmwiki-2.3.3)