STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 130 (God is love)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

130. Allah məhəbbətdir


Qız: "Kami no ai kaschikoschi."

Oğlan: "Ego da slawit; Bog est ljubow."

Qız: "Allah sevgidir, sever beni."

Narahat olmayın, uşaqlar. Siz düz eşitmisiniz! Biz burada balaca bir dil məktəbi açmışıq. Siz də xoş gəlmisiniz.

Gəlin birgə oxuyaq! İndi siz üç dəqiqədə ən önəmli sözləri başqa dillərdə söyləməyi öyrənərsiniz.

Bəs ən önəmli sözlər hansılardır? Sizə məmnuniyyətlə deyim ki, bunlardır:

Allah məhəbbətdir və O sizi sevir!

Təsəvvürünüzə gətirin ki, göyü və yeri yaradan böyük və əzəmətli Allah sizi sevir! O bizə olan məhəbbətini belə sübut etdi: O, vahid Oğlunu dünyaya göndərdi, Allahın Oğlu günahlarınızın cəzasını çəkdi, sizin uğrunuza öldü.

İsa bunu etdi ki, sizin həm bu dünyada, həm də cənnətdə Allahla ünsiyyətiniz olsun.

Allahın məhəbbəti böyükdür və əsla tükəməz.

Buna görə biz əminliklə deyirik ki, Allah məhəbbətdir və O sizi sevir.

Afrika dillərindən birində bu sözlər belə səslənir:

Hatala sinta, to toto domini. Hatala sinta, tau ten yanq konq.

İlahi: "Hatala sinta, to toto domini ..." (wav faylı əlavə olunur)

İndi isə ən önəmli sözləri alman dilində öyrənək:

Gott ist die Liebe, lässt mich erlösen. Gott ist die Liebe, er liebt auch mich.

İlahi: "Gott ist die Liebe ..." (wav faylı əlavə olunur)

Bu, həqiqətdir. İncil bu həqiqəti elan edir:

"Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun" (Yəhya Müjdəsi 3:16).

Allah sizi nə qədər sevir! Və siz Teymurdan nümunə götürüb, bu ayədə öz adınızı qoya bilərsiniz.

Teymur: "Çünki Allah Teymuru elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən Teymur həlak olmasın, amma əbədi həyata malik olsun."

Allah hər uşağı sevir. Danışdığı dildən, dərisinin rəndingən asılı olmayaraq, hər kəsi sevir. Bəs sizin dostlarınız və sinif yoldaşlarınız bunu bilirlərmi, uşaqlar? Siz onlara danışın və onları dil məktəbimizin dərsinə qulaq asmağa dəvət edin.

Indi isə bu sözləri türk dilində dinləyək:

Allah sevgidir, Kurtarıcımdır, Allah sevgidir, sever beni.

İlahi: "Allah sevgidir, Kurtarıcımdır ..." (wav faylı əlavə olunur)

Yadınızda saxlayın ki, Allah məhəbbətdir və O sizi sevir! Məhəbbət olan Allah haqqında daha çox öyrənmək istəyirsinizsə, mənə məktub yazın.


Rollar: Aparıcı, qız, oğlan, Teymur

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:49 PM | powered by PmWiki (pmwiki-2.3.3)