STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 083 (Daniel‘s test 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

83. Danielin sınağı 1


Böyük padşah Navuxodonosor Yerusəlim şəhərini mühasirəyə almış və işğal etmişdi. Yəhudilərin vəziyyəti ümidsiz idi.

Allah padşah Yehoyaqimin əsir tutulmasına izin vermişdi. O padşah yalançı allahlara sitayiş edirdi və həmin allahlar ona heç kömək edə bilməmişdilər. Düşmən şəhərin xəzinəsini talamış və hətta onu məbəddən aparmışdı.

Padşah Navuxodonosor: „Aşpenaz, mən istəyirəm ki, cavan israillilər mənə qulluq etsinlər. Ən qüvvətli, ağıllı və qəşəng cavan oğlanları seç.“

Əsirlər təqribən 1000 kilometr yeriməyə məcbur oldular. Daniellə dostları da onların arasında idilər.

Nəhayət, böyük Babil şəhərinə çatdılar. Padşahın sarayında onları nə gözləyirdi? Onlar hər əmri yerinə yetirməli olacaqlar, heç bir hüquqları olmayacaq. Bununla belə Daniellə dostları qəti qərara gəldilər ki, Allaha sadiq qalacaqlar.

Sən də belə qərara gəlmisənmi? Sən də məktəbdə, evdə, öz dostlarınla olanda, futbol oynayanda – hər zaman Allaha sadiq qalırsanmı? Allah sənin sadiqliyinə layiqdir!

Daniellə dostları ilk sınaqla üzləşdilər. Padşah əsirlərə üç il tərbiyə verilməsini əmr etdi. Onlar babil dilini və eləcə də müxtəlif elmləri öyrənməli idilər. Padşahın süfrəsindən yemək yeməli idilər.

Daniel: „Xananya, biz bu yeməkləri yeyə bilmərik. Çünki bunlar Allahın pəhriz qaydalarına uyğun gəlmir.“

Xananya: „Səncə, biz başqa yemək tapa bilərik?“

Daniel: „Çox üzr istəyirəm, amma biz padşahın süfrəsindəki yeməkləri yeyə bilmərik.“

Aşpenaz: „Padşahın əmridir bu. Onu poza bilmərəm. Sizi o yeməklərlə yedirtməsəm və sizim simanız o biri oğlanların simasından pis görünsə, padşah məni öldürər.“

Daniel: „Xahiş edirik, bizə on gün vaxt ver. Qoy bizə yemək üçün göyərti, içmək üçün su versinlər. Ondan sonra bizi başqaları ilə müqayisə edib özün qərara gələrsən.“

Rəis razılaşdı. Müqəddəs Kitabda yazılıb ki, bunun nəticəsi belə oldu:

„On gün sonra Danielin və dostlarının siması padşah yeməklərindən yeyən başqa cavanların simasından daha gözəl göründü və onlar bədəncə daha dolğun idi.“

Buna görə də rəis onların göyərti yeməyə və su içməyə davam etmələrinə izin verdi.

Daniel möhkəm dayandı. Allaha sadiq qaldı və buna görə mükafatlandırıldı. Üç ildən sonra padşah əsirləri sınaqdan keçirəndə Daniellə dostlarının hamıdan yaxşı vəziyyətdə olduqlarını gördü!

Padşah Navuxodonosor: „Bu cavanlar padşahlığımda yaşayan bütün müəllimlərdən on qat daha çox ağıllıdırlar. İstəyirəm, onlar mənə qulluq etsinlər!“

Ancaq bir müddət sonra Daniellə dostlarının həyatı təhlükəyə məruz qaldı. Bu əhvalatı mən sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, Navuxodonosor, Daniel, Xananya, Aşpenaz

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:16 AM | powered by PmWiki (pmwiki-2.3.3)