STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 032 (Does God answer every prayer)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

32. Allah hər duaya cavab verirmi


Uşaqlar, sizin sevimli rənginiz varmı? Aminin sevimli rəngi mavi idi. Mavi səma, mavi dəniz və hər şeydən çox anasının mavi gözləri onun xoşuna gəlirdi. Heyif ki, gözlərim tünd qonurdur, deyə Ami düşünürdü.

Ami: “Ana, doğrudanmı ki, Allah bütün dualarımı eşidir?”

Ana: “Bəli, gözəl balam, Allah bütün dualarımızı eşidir.”

Ami: “Uşaqların dualarını da eşidir?”

Ana: “Əlbəttə, Ami. Gəl, indi yatmaq vaxtıdır. Gecən xeyrə qalsın!”

Ami: “Xeyrə qarşı, ana!”

İşıqlar söndü. Yatağında uzanmış Ami dua etdi:

Ami: “Əziz Allahım, Sən hər şeyə qadirsən. Yalvarıram, qonur gözlərimi mavi elə. Amin.”

Allah Aminin duasını eşitdi. Aminin bundan heç şübhəsi yox idi. Qız rahat yuxuya getdi.

Səhər Ami oyanar-oyanmaz gecəki duası yadına düşdü. Cəld yatağından qalxdı, güzgüyə qaçdı. Güzgüdən ona iki yekə qonur göz baxırdı.

Aminin kefi pozuldu, o düşündü ki, deyəsən, Allah onun duasını eşitməyib.

Lakin o anda ürəyində sanki bir səs danışdı: “Yox’ da bir cavabdır.”

Üstündən illər keçdi. Ami böyüyəndə müjdəçi oldu və Hindistana getdi. Hindistanda yerli dili öyrəndi, yerli xalqın yediyi yeməkləri yedi, onlar kimi geyindi və hətta yad görünməmək üçün dərisini qaraltdı.

Bir gün Aminin bir rəfiqəsi ona belə dedi:

Rəfiqə: “Ami, nə yaxşı ki, gözlərinin rəngi mavi deyil, tünd qonurdur, yoxsa sən burada yad insan kimi görünərdin.”

Qonur gözlər?... Aminin uşaqlıqda etdiyi dua yadına düşdü. “Yox” da bir cavabdır. Allahdan yaxşı bir cavabdır!

Bəzən Allah bizə istədiyimizi dərhal verir.

Bəzən bizi gözlədir.

Bəzən isə “Yox” cavabı verir.

Allah bizə nə cavab verir-versin – bəli, yox, yaxud gözlə! – hər cavabında məhəbbət var. Allahın cavabı həmişə bizim üçün ən yaxşıdır.

O sənə də ən yaxşı və ən faydalı cavabı verir.


Rollar: Aparıcı, Ami (uşaqlıqda), Aminin anası, rəfiqə

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:38 AM | powered by PmWiki (pmwiki-2.2.109)