STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 033 (Farewell from the mountain)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

33. Dağdakı vidalaşma


Oğlan: “Ura! Cümə axşamı məktəb yoxdur! Bayram olacaq.”

Qız: “Hansı bayram olacaq?”

Oğlan: “İsanın göyə qaldırılması.”

Qız: “Bu necə bayramdır?”

Oğlan: “Əslində, mən də bilmirəm.”

Sizə başa salımmı, uşaqlar?

Oğlan: “Hə, nə olar, biz bilmək istəyirik.”

Bu bayram İsanın göyə qaldırılması ilə bağlı olaraq qeyd olunur. Biz İsanın yer üzündə missiyasını başa çatdırandan sonra göyə qayıtdığını yada salırıq. Bu, Pasxa bayramından qırx gün sonra oldu. İsa qırx gün ərzində şagirdlərinə dəfələrlə göründü. Onlar İsa ilə görüşdülər, danışdılar, yemək yedilər. Bir gün O, birdən 500-dən artıq adama göründü.

Pasxa bayramından qırx gün sonra İsa şagirdlərini Zeytun dağına apardı. Onlarla tək qalmaq və bu dünyada ayrılmadan öncə onlara vacib bir şey söyləmək istəyirdi.

İsa: “Mən Allahın tapşırığını yerinə yetirdim. İndi siz bütün dünyaya gedin və hər kəsə deyin ki, Mən onların uğrunda ölüb dirildim. Siz onlara danışın ki, onlar Məni Rəbb olaraq qəbul etsinlər və bir gün Mənimlə birlikdə cənnətdə olsunlar. Yadda saxlayın ki, Mən sizinlə olacağam və siz başqalarına Mənim haqqımda danışarkən sizə qüvvət verəcəyəm.”

Sonra İsa əllərini qaldırıb şagirdlərinə xeyir-dua verdi. O anda İsa birdən buludda qeyb oldu və Allahın gözlə görünməz dünyasına getdi.

Oğlan: “Bəs indi İsa cənnətdə nə edir?”

İsa hər şeyə hökmranlıq edir, dualarımıza cavab verir və bizə görə Allaha dua edir.

Bundan əlavə, İsa Ona iman edənlər üçün orada yer hazırlayır.

Qız: “Mən İncildə bu haqda oxumuşam. Budur, İsa deyir ki, Atamın evində çoxlu otaqlar var... Mən sizin üçün yer hazırlamağa gedirəm.”

Oğlan: “Bəs şagirdlər İsanın onlardan ayrıldığına görə kədərlənmədilərmi?”

Xeyr. Kədərlənmədilər. Çünki İsa onlara gözəl bir vəd vermişdi.

Oğlan: “Nə vəd vermişdi?”

Bunu mən sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, oğlan, qız, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:39 AM | powered by PmWiki (pmwiki-2.3.3)