STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 017 (So courageous 2)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

17. Cəsur peyğəmbər 2


Nəhayət, yağış yağdı. Min şükür! Üstündən bir neçə gün keçmiş hər şey canlandı, uzun quraqlıqdan sonra bağlar, çöllər, parklar təzədən yaşıllaşdı.

Yağışı münasib vaxtda göndərən Kim idi? Bu dünyada hər şeyə həyat verən Kimdir?

Bir vaxt var idi, İsraildə yeganə Allahın var olduğunu demək olar ki, hər kəs unutmuşdu. Xalq yağışın və günəş işığının Allah tərəfindən verildiyini unutmuş, ağacdan və daşdan özlərinə büt düzəltmişdi. Bütlərdən birinə Baal adını vermişdilər və həmin Baalın bütün onlara bol taxıl, meyvə-tərəvəz və mal-qara verəcəyinə inanırdılar.

Belə səhv inancın yayılmasına padşah Axav səbəb olmuşdu.

Hər şey Axavın pis qadınla evlənməsindən başladı. İzevel Allahı tanımayan bir ölkədən gəlib öz dinini – Baala pərəstişi İsrailə gətirmişdi. İzevelin təsirinə düşən padşah Axav da ona qoşulub Baala pərəstiş etməyə başladı və beləcə bütün xalqı bütpərəstliyə sövq etdi.

Amma bütlərə pərəstiş etməyənlər də oldu. Allaha sadiq qalan belə adamlardan biri də İlyas peyğəmbər idi.

Günlərin birində İlyas belə dua etdi:

İlyas: “Ay Allah, yalvarıram, üç il yağış yağmasın, qoy bütün xalq bilsin ki, yalnız Sən yağışı yağdıran və bol məhsul verən Allahsan!”

İlyas Allahın yeganə Allah olduğunu hər kəsə göstərəcəyinə əmin idi. O sürətlə padşah sarayına yaxınlaşdı və əvvəlcədən xəbər vermədən padşahın taxtda oturduğu zala daxil oldu.

Heç nədən qorxmadan padşahın hüzurunda dayanıb dilləndi:

İlyas: “Ey padşah Axav, Allaha and olsun ki, bu gündən etibarən üç il boyunca bir damcı belə yağış yağmayacaq. Sən də biləcəksən ki, yalnız bir yaşayan Allah var!”

Axav ağzını açmağa macal tapmamış İlyas çıxıb getdi. Bəs sonra nə oldu?

Bunu öyrənmək üçün növbəti verilişə qulaq asın.


Rollar: Aparıcı, İlyas

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:23 AM | powered by PmWiki (pmwiki-2.3.3)