Home -- Azeri -- Perform a PLAY -- 016 (Gone without a trace 1)
16. O getdi, izi-tozu da qalmadı 1
Böyük axtarış əməliyyatı idi! Onlar hər yerdə axtardılar, amma xeyri olmadı. Onu İordan çayı sahillərində axtardılar, şəhərdə axtardılar, dağlarda axtardılar. Lakin onun heç bir yerdə izi-tozu belə, qalmayıb.
Əlli nəfər üç gün ərzində səhərdən axşama kimi axtarsa da, heç kəs onu görmədi və onun haqqında heç bir məlumat verə bilmədi. O adam tapılmırdı vəssalam. Kim idi o? Siz o adamın kim olduğunu tapa bilərsiniz, uşaqlar. Şübhəsiz, onun adını eşitmisiniz.
Axtarılan şəxs haqqında önəmli məlumatlar:
Əsli: Tişbeli
Peşəsi: peyğəmbər
O, Allahın adı ilə danışırdı və onun bütün peyğəmbərlikləri yerinə yetdi.
O, padşaha günahlarını cəsarətlə söylədi.
Bir müddət qarğalar onu səhər yeməyi və şam yeməyi ilə təmin etdilər.
O bir dağda dua etdi və Allah duasına cavab verdi – göydən od düşdü.
O adamın adı “Allahım Rəbdir” mənasına gəlir.
Siz o adamın kim olduğunu bilirsinizmi?
Cavabı Müqəddəs Kitabdan tapa bilərsiniz.
Haqqında danışdığımız adamın adı 1-ci Padşahlar Kitabı 17-ci fəsil, 13-cü ayədə yazılmışdır (bu kitabı siz Əhdi-Ətiqdə, Müqəddəs Kitabın birinci yarısında tapa bilərsiniz).
Onun adını tapandan sonra, bizə göndərin, uşaqlar, biz də sizə cavab yazacağıq.
Sonrakı verilişlərdə bu adam haqqında daha çox eşidəcəksiniz.
Rollar: Aparıcı
© Müəlliflik hüququ: CEF Germany