STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 143 (Like the Chinese 4) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
143. Çinlilər kimi 4Hadson Teylorun beş yaşı olanda o böyüyəndə nə olmaq istədiyini artıq bilirdi. H. T.: "Mən böyüyəndə müjdəçi olacağam və Çinə gedəcəyəm." 21 yaşında o, Çinə getdi, çin dilini öyrəndi və orada çox insana İsa haqqında danışdı. Lakin ən yaxşı iş bəzən çox çətin olur. Kişi: "Ey, sənin burada nə işin var? Get buradan!" Əsgər: "Bu xarici şeytanla dostlarını öldürəcəyik!" Kişi: "Yox, onları başçılara aparıb təslim edəcəyik." Qəddar əsgərlər müjdəçiləri döydülər və Hadsonu boğub, yarımcan halda qoyub getdilər. Onun hər yeri ağrıyırdı, amma o bu halda hələ də zarafat edə bilirdi. H. T.: "Ruhdan düşmə, dostum! Gündəliyimdə yazmağa maraqlı şeylər olacaq." Onlar İsaya məhəbbətlə xidmət edirdilər, axı İsa hər insanın günahlarına görə çarmıxda öləndə daha çox əziyyət çəkmişdir. Hadson bunu düşünə-düşünə Rəbb İsanı daha da çox sevirdi. Onlar məhkəməyə aparılanda da bu həqiqət Hadsona cəsarət verirdi. Başçı onların izahatına qulaq asdı. H. T.: "Biz Yançjoudakı insanlara Xilaskar İsa haqqında danışmaq istəyirik. İsa hər kəsi sevir. Bu, İncil Kitabında yazılıb. Biz sizə bu Kitabı hədiyyə edəcəyik." Bu, başçının xoşuna gəldi. Başçı Hadsonla dostlarını döymək əvəzinə çaya qonaq etdi. Onları həbs etmək əvəzinə İsanı müjdələmələrinə icazə verdi. İsa belə işlər edir. Hadson İsadan razılıq etdi. Ondan sonra əldən düşmüş halda evə qayıtdı. Çinli köməkçisi Hadsonun düyü ilə ördək yumurtasını yemək çubuqları ilə yediyini seyr edirdi. Çinli oğlan: "Cənab Teylor, siz bizim kimi yəmək yeyirsiniz, bizim kimi danışırsınız, ancaq bizim kimi geyinmirsiniz. Niyə?" H. T.: "Yaxşı sualdır! Doğrudan, niyə? Bəs sizin kimi geyinsəm, yaxşı olarmı?" Çinli oğlan: "Bizim kimi geyinsəydiniz, insanlar sizə daha çox qulaq asardılar." H. T.: "Hm-m-m! İsa dünyaya gələndə bizim kimi insan oldu. Mən də çinlilər kimi olmaq istəyirəm. Sən mənə kömək edəcəksənmi?" Hadson İsanı sevdiyinə görə ingilis kostyumundan imtina etdi və Çin geyimi geyindi. Onun saçlarından uzun qara hörük düzəltdilər. Çinli oğlan: "İndi siz əsl çinli kişiyə bənzəyirsiniz!" Çunmindao adasında Hadson Teylor insanlara Müqəddəs Kitabı öyrədir və xəstələrə qulluq edirdi. Birdən orada bəzi problemlər yarandı. 1-ci qadın: "Eşitmisənmi, deyirlər ki, xeyirxah cənab Teylor adamızı tərk etməliymiş." 2-ci qadın: "Həkimlərimiz ona paxıllıq edirlər, çünki o daha çox xəstəyə qulluq edir və onun daha yaxşı dərmanları var." 1-ci qadın: "Onun haqqında başçımıza pis şeylər danışıblar, şər atıblar." Bəs sonra ...? Hekayənin ardı növbəti verilişdə olacaq. Rollar: Aparıcı, Hadson Teylor uşaqlıqda, Hadson Teylor, kişi, əsgər, çinli oğlan, 1-ci qadın, 2-ci qadın © Müəlliflik hüququ: CEF Germany |