STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 060 (Christmas – so different 2) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
60. Çox fərqli bir Milad günü 2Kiçik dağ kəndində heç kəs Milad bayramını qeyd etmirdi. Heç kəs Rəbb İsanın doğulmasına sevinmirdi. Yalnız Turiyyə hamıdan fərqlənirdi. O günün səhəri qız öz qardaşına Məryəmlə Yusifin və Körpə İsanın hekayəsini gizlicə danışmışdı. Turiyyə Milad bayramını qeyd etmək istəyirdi, amma necə qeyd edəcəyini bilmirdi. Məsihçi məktəbində Miladı yolkayla, hədiyyələrlə, şam yandıraraq, ilahi oxuyaraq qeyd edərdilər, burada isə bu şeylər yox idi. Qız döşlük geyindi, xəmir yoğurdu, quyudan su gətirdi və keçiləri sağdı. Anasına yardım etmək Turiyyəyə xoş idi. Bu da Milad bayramını qeyd etməyin bir yolu idi. Axşam üstü evlərinə çox qonaq gəlmişdi. Bütün qohum-əqrəbaları tətil vaxtı evə gəlmiş Turiyyəni görmək istəyirdilər. Yastı kökələrlə qızardılmış dovşan əti yeyirdilər. Yemək çox dadlı idi. Yeməkdən sonra Həsən birdən dilləndi: Həsən: "Turiyyə, səhər mənə danışdığın axurda yatan Körpə İsanın hekayəsini bizə danış da!" Otağa qorxulu bir sükut çökdü. İsanın adı burada xoş qarşılanmazdı. Turiyyə qonaqların sərt baxışlarını görüb, pərt oldu. Əmioğlu Emin onu lağa qoymağa başladı. Emin: "Bu hekayələri sənə o məktəbdəmi öyrədirlər? Bunlardan danışma da!" Turiyyə səs çıxarmadı. Özünü tənha və rədd olunmuş hiss elədi. İsa da çox-çox illər ondan öncə Özünü belə hiss eləmişdi. Buna baxmayaraq, imanlı qız nə olur-olsun İsaya sadiq qalmaq istəyirdi. Birdən atası dilə gəldi: Ata: "Yox, əlbəttə ki, Turiyyə İncildəki hekayələrə inanmır. Bizim dinimiz başqadır, o da bunu lap yaxşı bilir. Düzdür, Turiyyə?" Turiyyə: "Mən həqiqətən İsaya iman edirəm. Cənnətə gedən yeganə yol İsadır. O dedi ki, Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz" (Yəhya Müjdəsi 14:6). 13 yaşlı qız soyuq sükut və məşum qara baxışlarla üz-üzə gəldi. İnsanların İsanı rədd etməsi Turiyyəni çox kədərləndirdi. O bayıra qaçıb hönkür-hönkür ağladı. Rəbb İsanı sevən təkcə o imiş! Niyə başqa heç kim İsanı sevmir? Turiyyə bu sualın cavabını tapa bilmirdi. Qəflətən qız gördü ki, kiçik qardaşı Həsən onun yanında durub. Həsən: "Turiyyə, sənin danışdığın hekayələr mənim xoşuma gəlir. Mən də sənin kimi olmaq istəyirəm." Turiyyə gülümsədi. Qorxusu bir anda yox oldu. Ürəyinə Milad sevinci doldu. O artıq Milad bayramını qeyd edə bilirdi, çünki İsa onun ürəyində idi! Rollar: Aparıcı, Həsən, Emin, Turiyyə, ata © Müəlliflik hüququ: CEF Germany |