Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 052 (Without a schedule to Hawaii)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

52. Havaya xəritəsiz uçuş


Uşaqlar, siz köç etməyə hazırlaşan köçəri quşların eketrik xəttlərin üstündə oturduğunu görmüsünüzmü? Onlara səyahət etmək həvəsi haradan gəlir?

Oxuyan quşlar, qaranquşlar və leyləklər hər il demək olar ki eyni gündə cənuba doğru köç edirlər. Səyahət etmək vaxtının gəldiyini onlara kim bildirir? Yaradan Allah onları bu cür düzəltmişdir.

Onlar Allah-Taalanın qayda-qanununa riayət edirlər və bununla öz həyatlarını qoruyurlar.

Bəzi quşlar var ki, 10 min kilometrdən artıq məsafəni qət edib yazda öz doğma yuvalarına qayıdırlar. Məgər bu, möcüzə deyildir?

Amerikan qızılı çovdarçı quşu haqqında eşitmisinizmi? Bu quş buzlar əriməyən Alyaskada yaşayır. Balaları 26 gündən sonra yumurtadan çıxır. Sevimli yeməyi quşüzümü və yağlı tırtıldır. Böyüyəndə göyərçin boyda olur və lələkləri parıltılı qızılı-yaşıl rəngdə olur. Amerikan qızılı çovdarçı yaxşı yeriyə bilmir, amma əla uçur. Bu da onun üçün ən vacibdir, çünki o, Havayda qışlayır. Havaya çatmaq üçünsə o, 88 saat durmadan uçmağa məcbur olur.

Alim: "Bu quşun köç etməsi alimlər üçün bir müəmmadır. Uçuşa başlamazdan əvvəl bu quş bədəninin çəkisini əlli faiz artırır. Təsəvvür edin ki, siz birdən bu qədər kökəlsəydiniz, necə olardı? Bu quş uçuş vaxtı 250 min dəfə qanad çarpır. Bəs siz 250 min dəfə durmadan oturub-qalxa bilərdinizmi? Bu quşun spidometri olsaydı, saatda 50 kilometr sürətlə uça biləcəklərini göstərərdi.

Amerikan qızılı çovdarçının çəkisi sadəcə olaraq 300 qramdır və uçuş zamanı o hər saatda çəkisinin 0,6%-ini itirir. Hesablamaya görə, bu quşlar Havay adalarına çatmamış, 800 kilometr qalmış üzülüb okeana düşməlidirlər. Lakin bu baş vermir, çünki bu quşlar bir-birinin ardınca sıralanıb “V” hərfi şəklində uçur və qabaqdakı yeri növbə ilə tuturlar, belə ki qabaqda uçan quş hava axınını öz üzərinə götürür və arxadakılar enerjiyə qənaət edə bilirlər."

Qızılı çovdarçı sadəcə olaraq Allahın ona qoyduğu qayda-qanuna riayət edir. Kompassız, xəritəsiz qaranlıq gecələrdən, buludlardan uçan quşlar həmişə doğru istiqaməti tapırlar. Ömründə heç vaxt Havay adalarında olmamış gənc quşlar belə nəhəng okeanda balaca nöqtəyə oxşayan Havayı tapırlar. Bu, təsadüf ola bilməz. Köçəri quşlar Allahın təlimatına görə hərəkət edirlər və Allaha şükür nəğmələri oxuyurlar.

Biz də belə etməliyik. Düzdür, uşaqlar?

Allah bizə Müqəddəs Kitabda təlimatlarını vermişdir. Bu təlimatlara riayət edən hər kəs axırda bu həyatda doğru istiqamətini tapacaqdır!


Rollar: Aparıcı, alim

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)