STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 051 (Two gifts) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
51. İki hədiyyə1-ci dost: "Dostumuzun vəziyyəti necədir?" 2-ci dost: "Pis." 1-ci dost: "Gecə-gündüz bir yerdə uzanmağa məcbur olan, yeriyə bilməyən adamın həyatı necə dəhşətlidir!" 2-ci dost: "Ona çox yazığım gəlir." 1-ci dost: "Biz onu İsanın yanına aparmalıyıq. İsa indi Kefernahumdadır. O, dostumuza şəfa verə bilər." İflic adamın yaxşı dostları var idi. Onu pis vəziyyətdə qoymadılar, döşəyində İsanın yanına apardılar. Təəssüf ki, bir az gecikdilər. İsa artıq evin içində idi. Vəz edirdi. Orada o qədər çox insan yığılmışdı ki, ev dolu idi. Girişdə də böyük izdiham yığılmışdı. Qapıdan içəri girmək mümkün deyil idi. Hər kəs İsaya qulaq asmaq istəyirdi. Heç bir müəllim İsa kimi Allah haqqında öyrətməyə qadir deyil idi. 2-ci dost: "Ağlıma bir fikir gəlib. Pilləkəni görürsən? Biz dama çıxa bilərik." 1-ci dost: "A, başa düşdüm səni. Yaxşı fikirdir! Gedək!" Onlar pilləkənlə yastı dama çıxdılar və döşəyində uzanmış iflic dostunu ehtiyatla qaldırdılar. Palçıq dam örtüyünü deşdilər və xəstə adamı düz Rəbb İsanın qabağına aşağı endirdilər. İsa ona kömək edəcəkmi? İsa başını qaldırıb xəstənin dostlarına baxdı. Onların inamını görəndən sonra iflicə üz tutdu. İsa: "Günahların bağışlandı." İsa onun günahlarını bağışladı! Bunu heç kim gözləmirdi. Bəziləri düşündülər ki, İsa bu adamın günahlarını necə bağışlaya bilər? Axı buna yalnız Allahın ixtiyarı var! Onlar İsanın Allahın Oğlu olduğunu və günahları bağışlamağa qadir olduğunu hələ də anlaya bilmirdilər. İsa onların fikirlərindən agah idi. İsa: "Siz ürəyinizdə nə düşünürsünüz? Hansı daha asandır: ’Günahların bağışlandı’ deməkmi, yoxsa ’Qalx, döşəyini götür və yeri’ demək? İndi görəcəksiniz ki, mən hər ikisini etməyə qadirəm." Sonra İsa iflic adama üz tutub dedi: İsa: "Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!" Araya sükut çökdü. İflic adam tərpəndi. Birdən o, ayağa qalxdı, döşəyini götürdü və yeriməyə başladı. İsa ona şəfa vermişdir! Hamı bunun üçün Allaha həmd etdi və heyrətlə danışdı: Xalq: "Biz heç vaxt belə şey görməmişik!" O gün bir adam İsadan bol-bol xeyir-dua alıb evinə qayıtdı. İsa iflicə hansı iki hədiyyəni vermişdir? Bizə yazın, uşaqlar, biz də sizə cavab verəcəyik. Və həmişə yadda saxlayın ki, İsa sizə xeyir-dua vermək istəyir! Rollar: Aparıcı, iki dost, İsa, xalq © Müəlliflik hüququ: CEF Germany |