Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 043 (Good news 2)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

43. Şad xəbər 2


Səhər tezdən TiFamla anası bazara getdilər. Başları üstündə kartofla dolu ağır səbətlər daşımaqdan yoruldular. Kartofu satıb çox pul əldə edəcəklərinə ümid edirdilər. Orestil xanım çox pul qazansalar qızına yeni paltar alacağına söz verdi. Qızın bircə paltarı var idi, o da köhnə və cırıq idi. TiFamın valideynləri kasıb idi. Atası həmişə ən yaxşı şeyləri pis ruhlara qurban verərdi, amma ürəyində heç vaxt rahatlıq tapmazdı. TiFam tez-tez rəfiqəsi Meri haqqında düşünürdü. Meri məsihçi olduğuna görə artıq gözmuncuğu taxmırdı, amuletlərdən də istifadə etmirdi.

TiFamla anası bazara çatdılar. Bazarda adamlar qaynaşırdılar.

Satıcı: “Təzə tərəvəz var! Əla lobya!”

Satıcı: “Yeni yığılmış qarğıdalı!”

Satıcı: “Gəlin – hər şey ucuzdur!”

Orestil xanım bir satıcının yanında səbətini yerə qoydu. Satıcı onun malını şübhə ilə nəzərdən keçirdi.

Satıcı: “Bu nədir belə? Qurdlara bax! Ay arvad, kartofunu qurd basıb, xəbərin var?!”

Orestil xanımın ümidləri boşa çıxdı. O, malını çox ucuz satmağa məcbur oldu. TiFam isə bir möcüzə yaşadı. Mehriban bir kişi onun səbətindəki kartofların hamısını yaxşı qiymətə satın aldı. Qızın rəfiqəsinin məhz bu kişi vasitəsilə məsihçi olduğundan xəbəri yox idi. Əldə etdiyi pulla TiFam özünə qəşəng bir don aldı. Çox şad idi.

Sonra yenə Viktoru gördü.

TiFam: “Bax, ana, məndən kartof alan kişidir. Əlində bir kitab var. Görəsən, nə kitabdır o?”

TiFamla anası durub, Viktorun insanlara danışdığı sözlərə qulaq asdılar.

Viktor: “Sizə şad xəbərim var. Allah sizi sevir və ürəyinizə sülh və rahatlıq vermək istəyir, belə ki siz artıq heç nədən qorxmayasınız.”

Orestil xanım: “TiFam, onun həqiqəti danışdığına inanıram.”

Cadugər Orestil arvadının Viktora qulaq asdığını biləndə qəzəblə üstənə qışqırdı.

Orestil: “Viktor öz fikrini sənin beyninə yeridib. İnanma ona! Yoxsa ruhlar bizə gün verməzlər.”

Orestil xanım: “Orestil, ürəyimdə elə rahatlıq var ki! Viktorun Allahı pis ruhlardan güclüdür.”

Onda Orestil TiFamın yeni paltarını götürüb əski ilə doldurdu və beləcə ondan bir kukla düzəltdi. O kuklaya çoxlu iynələr batırdı.

Orestil: “Bu Viktordur. O ölməlidir. İynələr onu öldürəcək.”

TiFam atasının bu hərəkətindən sarsıldı. Atasının belə hərəkət etdiyini əvvəl heç vaxt görməmişdi.

Kim daha güclüdür? Cadugərin etdiyi cadu, yoxsa İsa?

Bunu öyrənmək üçün növbəti verilişə qulaq asın.


Rollar: Aparıcı, Orestil xanım, TiFam, satıcı, Viktor, Orestil

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:55 AM | powered by PmWiki (pmwiki-2.3.3)