STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 009 (He came and He’ll come) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
9. O gəldi və təkrar gələcəkİlin ən yaxşı vaxtı başladı. Mağazalara, küçələrə Milad bayramı münasibətilə zinət verilir. Evlərin otaqları küknar budaqları və qızıl ulduzlarla bəzədilir. Advent çələngində ilk şam yandırılır. Mən hər il bu vaxtı səbirsizliklə gözləyirəm. (bir məsihçi ilahi instrumental olaraq ifa olunur) Qız: “Şam yanır. İlin bu vaxtının – gözəl Milad mövsümünün gəlməsinə çox sevinirəm. Bu şam mənə deyir ki: “Allah səni sevir, Allah məni sevir; və Allahın Oğlu körpə kimi bu dünyaya gəldi.” Advent vaxtında dörd şam yandırılır. Şamlardan hər biri şad xəbər gətirir. Birinci şam xatırladır: İsa cənnətdən dünyaya endi. Bizim günahlarımıza görə çarmıxda ölmək üçün bizə bənzər bir İnsan oldu. Öldü, dəfn olundu və üç gün sonra dirildi. O yaşayır! İkinci şam xəbər verir: İsa dünyanın nurudur. Hər insan üçün. O sənin ürəyini nurla və sevinclə doldurmaq istəyir. Üçüncü şam vəd edir: İsa gəlir! Rəbb İsa təkrar bu dünyaya gələcək. Ancaq 2000 il əvvəl gəldiyi kimi yox. Bu dəfə O, axurda yatan körpə kimi gəlməyəcək, Rəbb və Padşah kimi gələcək. Dördüncü şam elan edir: Onu gözlə və hazır ol! Ən yaxşısı odur ki, sən bu gün Onu öz həyatına qəbul edəsən. Onun gəlişinə ən yaxşı hazırlıq budur. İsa dünyamıza gəldi və təkrar gələcək. Advent vaxtının şad xəbəri budur və bu şad xəbər bütün şamlardan da çox parlayır. Advent vaxtınız şən və xoş keçsin, uşaqlar! Bir də bunu deyim ki, gələn dəfə Milad viktorinamız olacaq. Siz də iştirak etsəniz, uşaqlar, çox məmnun olaram. Rollar: Aparıcı, qız © Müəlliflik hüququ: CEF Germany |