Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 008 (Earthquake at midnight)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

8. Gecə yarısı baş verən zəlzələ


Gəmi limana daxil oldu və körpüyə yan aldı. Paulla dostu Sila gəmidən endilər və Filipi şəhərinə getdilər.

Onlar bazarda və küçələrdə Müjdəni yaydılar:

Paul: “Allah sizi sevir. O Öz Oğlunu dünyaya göndərdi. Rəbb İsaya iman edin və xilas olacaqsınız!”

Lidiya bu Müjdəyə inandı və İsa haqqındakı hekayələri həvəslə dinlədi. Lakin başqa insanlar narazı oldular və qəzəblə qışqırdılar:

Kişi: “Bu adamlar burada qarışıqlıq salırlar! Biz onların sözlərini eşitmək istəmirik. Rədd olub getsinlər buradan!”

Allahın elçilərinə qəzəblənən izdiham birdən Paulla Silaya daş atmağa başladı, paltarlarını cırdılar, onları qamçıladılar. Zərbələrdən bədənləri yara oldu. Onları qaranlıq, rütubətli zindana atdılar və zindanın mühafizəçisi əl-ayaqlarını kündəyə saldı. Bədənləri dəhşət ağrıyırdı, kürəklərində lap dözülməz ağrı var idi.

İncildə oxuyuruq ki, bu məhbuslar şikayət etmədilər və “Niyə Allah buna yol verib ki, başımıza belə iş gəlib?” deyə təəccüblənmədilər. Əksinə, onlar Allaha gecə vaxtı həmd ilahiləri oxudular. Onda möcüzə baş verdi: Allah onlara çox güclü zəlzələ ilə yardım etdi. Zəncirləri töküldü və qapılar açıldı. Zindanın mühafizəçisi səs-küyə oyandı. İlk anda ağlına gəldi ki, yəqin, bütün məhbuslar qaçıb. Rəisindən qorxan mühafizəçi özünə qəsd etmək istədi. Qılıncını çəkdi və ...

Paul: “Dayan! Canına qıyma! Hamımız burdayıq.”

Doğrudan da, heç kəs qaçmamışdı. Zindanın mühafizəçisi titrəyə-titrəyə Paulun qarşısında yerə düşdü.

Zindanın mühafizəçisi: “Xilas olmaq üçün nə etməliyəm?”

Paul: “Heç nə etməməlisən. İsa hər şeyi sənin üçün eləyib. Sən İsaya iman et və xilas olacaqsan.”

Bu qədər asan! Zindanın mühafizəçisi iman etdi və dəyişildi. O artıq məhbusları incitmirdi, əksinə, onlara yemək verir və yaralarına dərman qoyurdu.

Ertəsi günün səhəri hakimlər yasavullar göndərib zindanın mühafizəçisinə o iki məhbusun azad edilməsini əmr etdi. Hakimlər özləri də gəlib Paulla Silaya qarşı pis rəftarlarına görə üzr istədilər. Ondan sonra Paulla Sila bir çox yerləri dolaşaraq çox adama Müjdəni yaydılar:

Paul: “Rəbb İsaya iman edin və xilas olacaqsınız, əbədi həyatı əldə edəcəksiniz!”


Rollar: Aparıcı, Paul, kişi, zindanın mühafizəçisi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:12 AM | powered by PmWiki (pmwiki-2.3.3)