STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 124 (The best counselor 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

124. Ən yaxşı məsləhətçi 1


Cənubi Padşahlıqda Şimali Padşahlığın hökmdarı Yehoşafatın rəsmi ziyarətinə hazırlıq gedirdi (musiqi çalır). Bayraqlar qaldırıldı, dadlı yeməklər hazırlandı. İsrailin padşahı Yehoşafatın qəbulu misli olmayan bir olay idi. Padşah müəyyən məqsədlə dəvət edildiyini anlayırdımı? Padşah Axav dərhal mətləb üstə keçdi.

Axav: "Ey padşah Yehoşafat, Ramot şəhəri əlimdən çıxdı. Bu məni çox narahat edir. Onu geri qaytarmaqda mənə kömək edəcəksənmi?"

Yehoşafat: "Edəcəyəm, əlbəttə. Qoşunlarım sənin qulluğundadırlar. Amma öncə Allahdan məsləhət almaq lazım deyildirmi? Mən Allahın məsləhətinə əsasən hərəkət etmək istəyirəm."

Bir qərara gələndə həmişə Allahın məsləhətini üstün tutmaq yaxşıdır. Padşah Yehoşafatı misal götürək. Mən əminəm ki, onun uğurlu həyatının sirri bu idi. Hamı Yehoşafatı sevirdi. Onun milyonlarla əsgəri var idi. Düşmənlərindən heç kim ona hücum etməyə cürət etmirdi. Ona bir çox yerlərdən hədiyyələr göndərilirdi.

Allah Yehoşafatın məsləhətçisi idi. O hər dəfə qərara gələndə Allahdan məsləhət alırdı.

Padşah Axav isə tamamilə fərqli bir adam idi. Bu fikir onun xoşuna gəlmədi.

Siz də başqa uşaqlara Allahdan məsləhət almağı təklif etsəniz, bu onların xoşuna gəlməyə bilər. Ən müdrik şeylər padşah Axav kimi insanların xoşuna gəlməz.

Axav: "Bunu hökmən etməliyikmi? Nə isə, olsun. Ey xidmətçi, peyğəmbərləri buraya çağır!" (ayaq səsləri)

Axav: "Ramot şəhərinə hücum edəkmi, etməyəkmi?"

Peyğəmbər: "Edək! Qələbə mütləq bizim olacaq!"

Padşah Axav razı idi. Padşah Yehoşafat isə heç razı deyil idi. O, Allahın səsini tanıyırdı və bu səs Allahın səsinə oxşamırdı. 400 peyğəmbər Axava yalan danışırdı. Onlar mükafat üçün Axava eşitmək istədiyini deyirdilər.

Yehoşafat: "Daha başqa peyğəmbər qalmayıbmı?"

Axav: "Biri də var, amma ondan zəhləm gedir. O həmişə bədbəxtlikdən xəbər verir."

Yehoşafat: "Onu buraya gətirin!"

Mikeya gəldi. Allahın bu sadiq elçisi arada zarafat etməyi xoşlayırdı.

Axav: "Nə deyərsən, Mikeya. Ramota hücum edəkmi?"

Mikeya: "Əlbəttə! Düşməni darmadağın edəcəksən!"

Axav (acıqla): "Sən burada həqiqəti söyləməlisən! Allah sənə nə dedi?"

Axav həqiqətənmi Allahın məsləhətini eşitmək istəyirdi? Bəlkə də eşitmək istəyirdi, amma əməl etmək istəmirdi.

Mikeya ciddi görkəm aldı.

Mikeya: "Allah mənə göstərdi ki, sənin əsgərlərin bu yaxınlarda çobansız sürü kimi olacaqlar. Padşah Axav, qoşunların müharibədən sənsiz qayıdacaqlar."

Axav (acıqla): "Eşitdinizmi, o mənə nə deyir? Mənim haqqımda ölüm hökmü çıxarır. Onu zindana atın! Tez!"

Əhvalatın ardı növbəti verilişdə olacaq. O verilişi buraxmayın!


Rollar: Aparıcı, Yehoşafat, Axav, Mikeya, peyğəmbər

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:51 AM | powered by PmWiki (pmwiki-2.3.3)