STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 114 (An angel came) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
114. Mələk gəldiMahir döşəkdə uzanıb maraqlı bir kitab oxuyurdu (qapı zəngi çalınır). Mahir: "Bu vaxt kim gələ bilər, görəsən?" (qapı açılır) Mahir: "Əli, sənsən? Haradan gəlmisən?" Mahir çox təəccübləndi. Heyrətdən dili-ağzı tutuldu. Onun ən yaxın dostu Əli iki il əvvəl uzaq bir yerə köçmüşdü və o vaxtdan bəri Mahir onu görməmişdi. Bir gün İsraildə yaşayan gənc bir qıza heç gözlənilməyən qonaq gəldi. Görüşü təyin etmədən gəldi. Qızın önündə qəfildən durdu. Həmin qonaq bir mələk idi! Allahımız belədir. Gözlənilmədən, qəfildən gəlir. Məryəm çox təsirləndi. Mələk: "Qorxma, Məryəm. Allah səni sevir!" Allah bizimlə danışmağa gəlir. O bu gün hələ də gəlir və bizimlə Kəlamı vasitəsilə, yəni Müqəddəs Kitab vasitəsilə danışır. Bəzən möcüzələr və ya digər insanlar vasitəsilə danışır. O vaxt hələ İncil Kitabı yox idi və Allah insanlara gah yuxuda danışır, gah mələklərini göndərirdi. Mələk: "Məryəm, Allah səninlədir. Sən bir oğlan uşağı doğacaqsan. Ona İsa adını verəcəksən." Məryəm: "Bu necə ola bilər? Mən hələ ərə getməmişəm axı, ərim yoxdur!" Mələk: "Allah sənin üçün bir möcüzə yaradacaq. Müqəddəs Ruh gəlib sənə kölgə salacaq. Buna görə də sənin oğlun Allahın Oğlu adlanacaq." Məryəm: "Mən Allaha qulluq edəcəyəm. Qoy mənə sənin dediyin kimi olsun." Bir möcüzə baş verdi. Bet-Lexemdə bir axurun içində Allahın Oğlu doğuldu. İsanın Şəxsində Allahın Özü dünyamıza gəlmişdir. Allah bizə yaxınlaşdı ki, biz də Ona yaxınlaşa bilək. Mən Milad bayramını tez-tez qeyd etmişəm, amma bu möcüzə məni hələ də valeh edir. Böyük və əzəmətli Allah bəşər oldu və aramıza gəldi. İsa vasitəsilə Allah bizə o qədər yaxın oldu ki, insanlar Onu görə və Ona toxuna bildilər. O vaxt Bet-Lexemdəki çobanları sevindirən də bu idi. Aramıza gələn Allah İsada sənə yaxın ola bilər. Onu həyatına dəvət etmək istəyirsənmi? Bunun üçün dua etmək lazımdır. Məsələn, belə dua edə bilərsən: Mahir: "Ya Rəbb İsa, həyatıma gəl! Ürəyimin qapısını Sənin üzünə açıram. Əbədi olaraq Sənin olmaq istəyirəm. Məni çox-çox sevdiyinə görə Sənə minnətdaram." Allah sənə yaxınlaşır ki, sən də Ona yaxınlaşa biləsən. Rollar: Aparıcı, Mahir, mələk, Məryəm © Müəlliflik hüququ: CEF Germany |