Home -- Azeri -- Perform a PLAY -- 165 (The secret place is taken 3)
165. Gizli yerə kimsə girib 3
Rut (həvəslə): "Marqarit xala, missis Robinger məni öz evlərinə dəvət eləyib. Mən onların əkizlərini şənbə günü gəzməyə aparmalıyan. Mənə icazə verərsiniz? İcazə verin, nə olar!"
Marqarit xala: "Çox təəssüf edirəm, amma bu dəfə sənə icazə verə bilməyəcəyəm. Missis Millerə söz vermişəm ki, sən onun əmisi qızı ilə oynayarsan."
Rut: "Amma mən onunla oynamaq istəmirəm! Ondan zəhləm gedir! Mən hara istəyirəm, ora gedəcəyəm!"
Marqarit xala: "Rut, get öz otağına. Mən də elə bilmişdim ki, sən dəyişilmisən."
Rut: "Olsun! Mənim nə vecimə!" (qapı çırpılır)
Lakin həqiqətdə Rut bunu vecinə alırdı. Qız yatağa uzanıb hıçqıra-hıçqıra ağladı.
Marqarit xala: "Rut, sənə nə olub?"
Rut (hönkürür): "Mən yenə pis davranmışam. Yaxşı Çoban məni hələ sevirmi? Marqarit xala, səncə, O məni bundan sonra hələ də bağışlayacaqmı?"
Marqarit xala: "Əlbəttə, Rut. Sən həqiqətən buna peşmansansa və Rəbb İsadan səni bağışlamasını istəyirsənsə, O səni bağışlayacaq."
Rut dua etdi və xalasından da üzr istədi. Ondan sonra təmiz vicdanla yatdı və ertəsi günü səbirsizliklə gözlədi.
Rutla Filip Uilden meşəsindəki gizli yerinə getməyə hazırlandılar.
Qardaş-bacı sübh tezdən meşəyə getdilər. Sıx meşəlikdə qurduqları daxma əvvəlki kimi görünürdü. Filip sürünərək deşikdən içəri daxil oldu və dərhal geri çəkilib çıxdı.
Filip: "Orada kimsə var! Ey, çıx bayıra! Bu daxma bizimdir."
Terri: "Sizin daxmanız nəyimə lazımdır? Ondan min qat yaxşısını qura bilərəm."
Daxmadan köhnə köynək və cırıq şalvar geyinmiş bir oğlan çıxdı. Oğlanın haradasa on yaşı var idi. Filiplə Rut tezliklə bu oğlanla dostlaşdılar. Terri onların ən yaxın dostu oldu. Onlar Terri ilə yeməyi bölüşdülər, Terri isə onlara Uilden meşəsinin çoxlu sirlərini göstərdi.
Terri ən yüksək ağaclara belə, meymun kimi cəld dırmaşırdı.
Filip: "Dayan, Terri! Oraya dırmaşma! O budaq çox nazikdir, sənə dözməz!"
(budaq çatlayıb qırılır) O anda budaq qırıldı və Terri yerə yıxıldı. Bədəni tərpənmirdi.
Filip: "Rut, məncə o hələ sağdır. Sən onun yanında qal, mənsə kimisə köməyə çağıracağam."
Rut Terriyə görə çox narahat oldu və dua etdi:
Rut: "Ya Rəbb İsa, Terri ölməsin! Onu xilas et, nə olar! Mən ona Sənin haqqında danışmaq istəyirəm. İstəyirəm, o Sənin quzularından biri olsun!"
Axır ki, Filiplə insanlar köməyə yetişdilər. Terrini ehtiyatla xərəyə uzandırdılar və xəstəxanaya apardılar.
Filip: "Rut, sən necə düşünrsən, Terri öləcəkmi?"
Növbəti verilişdə biz bunu öyrənəcəyik.
Rollar: Aparıcı, Rut, Marqarit xala, Filip, Terri
© Müəlliflik hüququ: CEF Germany