STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 154 (Jesus the victor 2)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

154. İsa qalib gəlmişdir 2


Şeytan hiyləgərdir, aravurandır. Ona yüngül yanaşmaq olmaz. İblis nağıl qəhrəmanı deyildir. İncildə yazılıb ki, o, nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır.

Uşaq: "Mən iblisin həqiqətən var olduğuna inanmırdım."

İblis Allahın düşmənidir. Bizi Allaha imandan uzaqlaşdırmaq üçün əlindən gələni edir. Onun bir nömərli üsulunu xatırlayırsınızmı?

Uşaq: "O, ürəyimizə şübhə və Allaha qarşı inamsızlıq salır."

Onun tələsinə düşməmək üçün ehtiyatlı olun, uşaqlar! Rəbb İsadan sizi qorumasını istəyin. Çünki İsa iblisin üzərində qələbə çalmışdır.

Allahın Oğlu iblisin ən böyük hədəfi idi. İblis İsanı dayandırmaq, bizi xilas etməsinə mane olmaq üçün əlindən gələni etmişdir. İblis Allahla əbədi həyata malik olmağımızı əsla istəməmişdir. Buna görə də o, hücuma keçmişdir.

İblis: "Əgər Sən Allahın Oğlusansa, bu daşları çörəyə döndər. Allahın Oğlusansa, yüksək yerdən yerə tullan. Qoy Allah səni qorusun!"

İsa qalib gəlmişdir! O, iblisə həqiqətən Allahın Oğlu olduğunu sübut etmək istəmədi. Ondan sonra düşmən ikinci üsuluna əl atdı: İsaya var-dövlət və şöhrət vəd etdi.

İblis: "Mənim qarşımda baş əyib səcdə etsən, bütün dünyanı Sənə verəcəyəm."

İsa: "Rədd ol, şeytan! Müqəddəs Kitabda yazılıb: Yalnız Rəbb Allahına səcdə et və Ona qulluq et."

İsa qalib gəlmişdir! O, bircə kəlmə deyir və iblis qaçmağa məcbur olur.

İsa qalib gəlmişdir! Buna görə iblis İsaya nifrət edir.

İsa çarmıxa çəkiləndə düşmən ümid etdiyi son vasitəyə əl atdı.

İblis: "Əgər Sən həqiqətən Allahın Oğlusansa, bu çarmıxdan düş!"

İsa belə etsəydi, biz əbədi olaraq həlak olardıq. Onda günahların bağışlanması heç mümkün olmazdı, Allahla əbədi həyat da olmazdı.

İsa axıradək dözdü. O qalib gəlmişdir! O, çarmıxda günah, ölüm və iblisin özü üzərində qələbə çalmışdır. İsanın dirilməsi bunu sübut edir.

Siz İsaya iman edirsinizsə, qalib Gələnin tərəfindəsiniz.

Qorxmayın, uşaqlar, çünki İsa qalib gəlmişdir!

Həmişə Onun adını çağırın! Ona dua edin və O sizi qoruyacaq.


Rollar: Aparıcı, uşaq, iblis, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:56 AM | powered by PmWiki (pmwiki-2.2.109)