STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 123 (The runaway)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

123. Qaçmış qul


Bir adam kiçik cığırdan qaçırdı, arabir ayağı daşlara ilişirdi, kollardan keçəndə qıçlarına tikan batırdı.

Onisim (təngnəfəs): "Buradan qaçmalıyam. Bezmişəm artıq. Hər gün eşşək kimi işlə, işlə, dincəlməyə də imkan vermirlər. Bu gündən etibarən yeni həyata başlayıram. Uzaq bir yerə qaçacağam. Amma tutulmamaq üçün çox diqqətli olmalıyam."

Qaçqın qullara ağır cəza verilirdi. Bədənlərinə qızğın dəmirlə işarə qoyurdular və ya vəhşi heyvanlara yem edirdilər. Bu, Onisimin yadına düşəndə, o daha da sürətlə qaçırdı.

Onisim adı‚ faydalı‘ deməkdir. Oğurluq edib evdən qaçan adama belə ad yaraşırmı?

Onisim başqa bir ölkədə yeni həyata başlamağı arzulayırdı. Romada gizlənəcəyinə ümid edirdi. Kimin ağlına gələrdi ki, bu qədər böyük bir şəhərdə Onisim öz ağasının dostuna rast gələcək?

Paul: "Yaxşı, demək ki, sən qaçmısan."

Onisim: "Mən də yaşamaq istəyirəm. Ömrümün axırına qədər qul olmaq istəmirəm."

Paul: "Bəs indi vəziyyətin necədir? Başladığın yeni həyatdan razısanmı?"

Onisim: "Əslində mən hər şeyi başqa cür təsəvvür edirdim. İndi düşünürəm ki, gərək qaçmayaydım. Amma iş işdən keçib. Hələ o pulu da oğurlamışam. Nə isə, indi anlayıram ki, əvvəllər vəziyyətim heç o qədər pis deyil imiş."

Paul: "Onisim, sən yeni həyatı səhv yerdə axtardın."

Onisim Romada Paulla görüşəndə anladı ki, yeni həyata yalnız İsa ilə başlamaq mümkündür. Çünki İsa günahlarımızı bağışlayır və bizi təzələyir. Siz də yenidən başlamağı arzu etmisinizmi, uşaqlar? İsa sizə yeni həyatı verəcək. Öz günahlarını etiraf edən və İsaya ümid bağlayan hər kəsə İsa yeni həyatı verir.

Onisim bu yeni həyatı qəbul etdi. Bəs sonra o nə etməli idi?

Paul: "Yaxşısı budur ki, ağan Filimonun yanına qayıdasan."

Onisim: "Oraya qayıdım?"

Paul: "Narahat olma. Mən Filimona sənin haqqında bir məktub yazacağam. O mənim dostumdur. O da İsanı sevir və səni yaxşı qəbul edəcək."

Həqiqətən də, Onisim ağasının evinə qayıtdı.

Filimon: "Aha, qayıtmısan? Biz səni hər yerdə axtarmışıq."

Onisim: "Sənə bir məktub var."

Filimon: "Əziz Filimon, Onisimi sənə geri göndərirəm. O da İsa ilə yeni həyata başladı. Əgər o sənə zərər veribsə, mən özüm əvəzini ödəyib hər şeyi nizama salacağam."

Onisimi xoş qəbul etdilər və o sevinclə Filimonun evində yaşadı. İsa sayəsində Onisim köhnə yerdə yeni həyata başladı.


Rollar: Aparıcı, Onisim, Paul, Filimon

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:51 AM | powered by PmWiki (pmwiki-2.2.109)