STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 119 (Dani fell 3)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

119. Klaus dərəyə düşdü 3


Nənə mətbəxdə oturmuş, arabir saata baxırdı. Klausun artıq evə qayıtmaq vaxtı idi. Maya ilə atası uşağı axtarmaq üçün dağa qalxmışdılar, nənə isə sakitcə dua edirdi.

Ata: "Klaus! Klaus, bizi eşidirsən?"

Maya: "Ay ata, mən yüz faiz əminəm ki, bu işdə Fridlinin əli var. Mən tez Fridligilə gedim, ondan soruşum."

Maya qonşusugilə getdi. Fridli evdə yox idi, amma qız hər yeri axtardı və axırda oğlanı tövlədə tapdı. Vəhşi pişik kimi onun üstünə cumdu. Fridli ağlayırdı.

Maya: "Klaus haradadır? Sən qardaşıma nə eləmisən?"

Fridli: "Bilmirəm, hardadır. Vallah, bunda günahım yoxdur."

Maya: "Nədə günahın yoxdur? Qardaşımın yerini söylə, yoxsa polis çağıracağam!"

Fridli: "Klaus öldü."

Mayanın üzünün rəngi qaçdı. Fridli onu Klausun dərəyə düşdüyü yerə apardı. Mayanın atası kanatla dərəyə endi və bir qayanın çıxıntısında uzanmış Klausu tapdı. Uşağın bir qıçı çox pis sınmışdı.

Ata: "Klaus yaşayır! O axıra kimi düşməyib, sürətlə axan çayda batmayıb!"

Maya atasının Klausu dərədən çıxardığına tamaşa edirdi. O hətta balaca pişiyi belə, xilas etdi.

Allah Klausun həyatını qorumuşdu. Lakin Klaus, xəstəxanada çox yaxşı müalicə edilsə belə, yalnız qoltuqağacı ilə yeriyə bilirdi.

Maya: "Günah Fridlidədir!"

Maya haqlı idimi? Fridliyə nifrət edən qız getdikcə özünü daha da bədbəxt hiss edirdi. Atasının hər axşam Müqəddəs Kitabdan oxuduğu sözlər artıq onun ürəyinə girmirdi. İsanın hər kəsi sevməsi və nifrət edənləri bağışlaması qızı artıq maraqlandırmırdı.

Bağışlamaq nədir? Xeyr! O, qisas almaq istəyirdi.

Bir gün Maya qonşu evindən keçəndə giriş qapısının yanındakı pilləkəndə taxtadan qayırılmış çox gözəl bir at heykəli gördü. Atın yalına, dırnaqlarına heyran oldu. Həqiqətən, çox gözəl bir iş idi.

Maya: "Mən heç bilmirdim ki, Fridli belə işlər bacarır. Yəqin ki, məktəbimizin sənət müsabiqəsində qalib gəlmək arzusundadır. Mən buna yol verməyəcəyəm!"

(Taxtalar yerə tökülür, ayaqlar altında tapdalanır)

Qız yumruq zərbəsi ilə heykəli yerə yıxıb parça-parça elədi. Ürəyi nifrətdən az qala partlayacaqdı.

Maya bir adama bu qədər kin bəsləməyin pis olduğunu bilsə də, Fridli məndən daha pisdir deyib özünə haqq qazandırırdı. O gizlicə aradan çıxdı.

Əhvalatın ardı növbəti verilişdə olacaq.


Rollar: Aparıcı, ata, Maya, Fridli

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:47 AM | powered by PmWiki (pmwiki-2.3.3)