STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 111 (A promise is a promise)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

111. Allah sözünü yerinə yetirir


1-ci düşmən: "Təslim olun! Biz qalib gəldik!"

2-ci düşmən: "Padşahınızın dediyinə inanmayın! O sizi aldadır!"

1-ci düşmən: "Padşahımız Sanxeriv hamıdan güclüdür!"

2-ci düşmən: "Xa-xa, sizdən döyüşçü olmaz, siz uğursuzsunuz."

1-ci düşmən: "Allaha ümud bağlasanız, pis vəziyyətə düşərsiniz!"

Düşmənlər, aşşurlular 200 min əsgərlə Yerusəlim şəhərini mühasirəyə almışdılar.

Şəhər divarlarındakı keşikçilər susurdular. Padşah Xizqiya bu qədər böyük orduya qalib gələ bilməyəcəyini bilirdi. Lakin onun elə bir silahı var idi ki, düşmənin ondan xəbəri yox idi. O silah həmişə qələbə verən silah idi.

Əlində deyil, ürəyində olan bu silah Allaha inam idi. Kimin bu silahı varsa, o, düşmənindən əsla qorxmaz!

Xizqiyanın qasidi: "Ey padşah Xizqiya, Sanxerivdən bir məktub gəlmişdir."

Xizqiya: "Qorxmayın! Allah bizimlədir. Biz Ona ümid bağlayacağıq!"

Xizqiya məktubu götürüb məbədə getdi və belə dua etdi:

Xizqiya: "Ya Rəbb, Sən bizim Allahımızsan. Yeganə Padşahımızsan. Bizi xilas et, qoy hamı görsün ki, Sən var olan Allahsan!"

Bəzi insanlar elə bilirlər ki, Allaha iman edəndən sonra həyatlarında hər şey asan olacaq. Lakin Müqəddəs Kitabda belə fikir heç yoxdur. Allah həyatımızda çətinliklərin olmasına izin verir. Çətinliklər Allaha nə qədər güvəndiyimizi aşkar edən sınaqdır.

Xizqiya bu sınaqdan uğurla çıxdı və Allah ona dedi:

Rəbb Allah belə deyir: Sənin etdiyin duanı eşitdim. Düşmən bu şəhərə heç bir ox ata bilməyəcək.

Doğrudanmı? Heç bir ox ata bliməyəcək?

Ertəsi gün hamı gördü ki, bu söz doğru idi.

Kişi: "Bir buna baxın! Düşmənimiz məğlubdur!"

Kişi: "Hər tərəfdə meyitlər sərilib. Bəs düşmənimizi kim qırıb?"

Müqəddəs Kitab bildirir ki, Allah gecə ikən mələyini göndərmişdi və mələk 185 min düşmən əsgəri qırmışdı. Bu səbəbdən şəhərə heç bir ox atılmamışdı.

Allah verdiyi hər vədə əməl edir.

Biz Allaha tamamilə güvənə bilərik. Zəbur Kitabında, 33-cü məzmurun 4-cü ayəsində belə yazılmışdır:

"Çünki Rəbbin sözü haqdır, hər işini sədaqətlə aparır."

Allahın Kəlamını oxu və ona güvən. Onda sən də görəcəksən ki, Xizqiyanın Allahı o vaxt olduğu kimi bu gün də eynidir. Allah verdiyi hər vədə əməl edir.

Əgər sizdə Müqəddəs Kitab yoxdursa, mənə yazın və mən sizə bir dənə Müqəddəs Kitabı hədiyyə olaraq göndərəcəyəm.


Rollar: Aparıcı, iki düşmən, Xizqiya, Xizqiyanın qasidi, kişi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:38 AM | powered by PmWiki (pmwiki-2.3.3)