STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 088 (The big contest question)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

88. Müzakirə üçün sual


Bu gün müzakirə edəcəyimiz sual belədir: Dünyada ən müdrik adam kimdir?

Qız: "Məncə, müəllimin sevimlisi Samirdir."

Oğlan: "Mənsə Eldarı deyirəm. Onun başı kompyuter kimi işləyir."

Qız: "O Eldar? O özümü ən ağıllı sayır!"

Fikirləşin, uşaqlar, bəlkə başqa bir adam ağlınıza gələr?

Oğlan: "Universitetdəki professorlar."

Qız: "Yaxud yeni şeylər kəşf edən alimlər."

Oğlan: "Misal üçün, Eynşteyn və ya Pifaqor."

Siz hələ də sualıma cavab vermədiniz, uşaqlar.

Dünyada ən müdrik adam kimdir, bilirsiniz?

Müqəddəs Kitabda bu haqda nə yazılıb? Gəlin, indi bunu araşdıraq.

İsa kimləri müdrik sayır? Çox diqqətli olun, uşaqlar. Axı siz də dünyada ən müdrik adam ola bilərsiniz!

İsa: "Mənim sözlərimi eşidib onlara əməl edən hər kəs müdrikdir. O öz evini qaya üzərində quran adama bənzəyir. O əvvəlcə yaxşı bünövrə qoydu. Ev tikiləndən sonra bünövrə görünməsə də, onun sayəsində ev möhkəm dayanar. Yağış yağanda, o yerləri sel basanda, güclü küləklər əsəndə müdrik adamın evi möhkəm dayandı. Yaxşı bünövrəsi olduğu üçün uçmadı.

Lakin Mənim sözlərimi eşidib onlara əməl etməyən hər kəs ağılsızdır. O öz evini qum üzərində quran adama bənzəyir. Yağış yağanda, o yerləri sel basanda, güclü küləklər əsəndə ağılsız adamın evi uçdu. Evinin yıxılması bir müsibət oldu."

İsanın bu sözlərini eşidən adamlar heyrətə gəldilər. Müdrik adamın əlaməti böyük titullar, gözəl nitqlər deyildir. Bəs nədir?

Bir adamın həqiqətən müdrik olub-olmadığını bilmək üçün bir yol var.

Uşaqlar, İncil Kitabınız varsa, Matta Müjdəsi 7-ci fəslin 24-cü ayəsini oxuyun.

Matta 7:24 bu sualın cavabını qısaca verir. Ən müdrik adam kimdir?

Bizə cavablarınızı göndərin. Məktublarınızı gözləyirik.

Yaxşıca düşünün, siz İsanın müdrik olaraq təsvir etdiyi adamlardan birisiniz, ya yox?


Rollar: Aparıcı, oğlan, qız, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:20 AM | powered by PmWiki (pmwiki-2.3.3)