STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 076 (Three lies in one night)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

76. Bir gecə - üç yalan


Peter: "Xeyr, ola bilməz! Mən heç vaxt belə etməyəcəyəm!"

Peterin dediyi bu sözlər bizə lovğalıq kimi görünə bilər, amma mən fikirləşirəm ki, o bu sözləri səmimi demiştir.

Peter: "Mən bunu əsla etməyəcəyəm!"

Siz də belə demisinizmi, uşaqlar? O gecə İsayla və o biri şagirdləri ilə yol gedən Peter özünü arxayın hiss edirdi. Gecə qaranlığında İsa birdən ayaq saxlayıb şagirdlərinə üz tutdu.

İsa: "Bu gecə hamınız Məni atıb gedəcəksiniz."

Peter: "Mən Səni əsla atıb getməyəcəyəm! Hamı Səni atıb getsə də, mən bunu əsla etməyəcəyəm."

İsa ürəklərimizdən agahdır.

İsa: "Peter, Mən səni tanıyıram. Xoruz banlamazdan əvvəl sən üç dəfə deyəcəksən ki, Məni tanımırsan."

Peter: "Ya Rəbb İsa, bunu əsla etməyəcəyəm! Səni inkar etməkdənsə ölmək yaxşıdır!"

O biri şagirdlər də eyni sözləri deyirdilər. Lakin İsa hər şeydən agahdı.

Bir neçə saat sonra İsanın düşmənləri əl-qolunu bağlayıb Onu apardılar. Şagirdlərinin hamısı Onu atıb getdi. Peter də qorxuya düşdü. Ancaq İsaya nə edəcəklərini görmək üçün uzaqdan Onun ardınca getdi.

Peter: "Onu haraya aparırlar? Baş kahinin həyətinəmi? Bəs mən nə edim? Mən gərək sakit oturam, heç kəsin diqqətini cəlb etməyəm, yoxsa məni də tutarlar."

Peter Rəbbinin düşmənlərinin yanında oturdu. Həyətdə yanan odun yanında isinirdi. Onun orada oturması doğru idimi? İsanın dostu İsaya nifrət edənlərlə oturarmı?

1-ci qarabaş: "Ey, bura bax, sən mənə tanış gəlirsən. Sən İsa ilə birlikdə olanlardan deyilsən?"

Peter: "Mən? Sən nə danışırsan? Mən səni heç başa düşmürəm."

2-ci qarabaş: "Bura bax, bu adam da İsanın yanında idi."

Peter: "Yalandır. Mən Onu heç tanımıram."

Xidmətçi: "Hər kəs belə deyə bilər. Amma sən doğrudan da İsa ilə birlikdə olmusan. Nitqin də səni ifşa edir."

Peter: "Bəsdir artıq. Sizə deyirəm ki, mən heç bir İsanı tanımıram." (xoruz banlayır)

Peter birdən ayıldı. Ayağa qalxıb ətrafına nəzər saldı və o anda İsanın aparıldığını gördü. İsa yanından keçərkən Peterə kədərlə baxdı. Bu baxış Peterin ürəyini deşdi. Peter İsanın bundan bir neçə saat əvvəl dediyi sözü xatırladı.

O, İsanı inkar etmişdi və buna çox peşman idi. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı. Sən bilirsənmi ki, İsa Peteri bu pis hərəkətinə baxmayaraq hələ də sevirdi?


Rollar: Aparıcı, İsa, Peter, iki qarabaş, xidmətçi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:08 AM | powered by PmWiki (pmwiki-2.3.3)