STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 059 (Tears on Christmas 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

59. Milad bayramında tökülən göz yaşları 1


Məsihçi internat məktəbində hamı tətilə hazırlaşırdı. Turiyyə də Milad tətilini səbirsizliklə gözləyirdi. Atası onu məktəbdən götürməyə gəldi. Məktəbdən evə yol uzaq idi. Turiyyə yolda çox şey barədə düşündü.

Turiyyə: "Ata, Raçidə məni tanıyacaq? Bəs Həsən nə edir?"

Turiyyə bacı-qardaşını, pişiyini və keçilərini yenə görəcəyinə çox sevinirdi.

Onlar kəndə çatanda pəncərələrdə şam işığı gördülər. Bayırda işıldayan böcəklər ucuşurdu. Quyudan su gətirən qızlar Turiyyəni səslədilər:

Qızlar: "Salam, Turiyyə! Sənin qayıtmağına çox şadıq. Necəsən? Bizə oxuduğun məktəb haqqında danışarsan?"

Turiyyə: "Bəli. Sabah danışaram. Artıq gecdir. Sabah bizə gəlin!"

Anası Turiyyənin sevimli yeməyini bişirmişdi. Bütün ailə süfrə arxasında şirin-şirin söhbət edirdi. Turiyyə çoxdan evdə olmamışdısa da, hər şey əvvəlki kimi idi. Yalnız bir şey – kənddə Milad bayramının keçirilməməsi ona qəribə gəldi! O gecə yatağında uzanmış, bunu düşünürdü.

Kənddə Turiyyədən başqa heç kəs İsanı sevmirdi. Qız Milad bayramını qeyd etmək istəyirdi, amma necə qeyd edəcəyini bilmirdi.

Turiyyə: "Ağlıma bir fikir gəldi. Sabah səhər tezdən duracağam və İncil Kitabından oxuyacağam."

Səhər açılanda Turiyyə evdən sürüşüb təpə üstünə çıxdı. İncil Kitabını açdı və Məryəmlə Yusifin və Körpə İsanın hekayəsini oxudu.

Turiyyə: "İsa gəlib və Onu Öz xalqı qəbul etməyib. Ya Rəbb İsa, o günlərdə Bet-Lexemdə bütün qapılar Sənin üzünə bağlandığı kimi, bu gün insanların ürəkləri bağlanıb."

Turiyyə on yaşında ikən İsaya iman gətirdi, İsanı Rəbb və Xilaskar kimi həyatına dəvət etdi.

Həsən: "Turiyyə, mən səni axtarıram. Nə oxuyursan?"

Qız qardaşına İncildən danışmaq istəyirdi, amma bir yandan qorxurdu. Bəs qardaşı bunu hamıya danışsa, nə olacaq? Bu Turiyyə üçün çox pis qurtara bilərdi. Buna baxmayaraq, qız cəsarətlənib qardaşına İsa haqqında danışdı. Bütün dünyada məsihçilər Məsihin doğulmasını qeyd edərkən, balaca oğlan ilk dəfə bacısından İsanın Müjdəsini eşitdi.

Milad günü beləcə gözəl başladı, lakin göz yaşları ilə qurtardı. Niyə? Bunu mən sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, qız, Turiyyə, Həsən

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 01, 2017, at 02:51 PM | powered by PmWiki (pmwiki-2.3.3)